Azərbaycan ilə NATO arasında PAP sənədi müzakirə olunub
Brüsseldə Azərbaycan Respublikası ilə NATO arasında “Planlaşdırma və Analiz Prosesi” sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib.
1news.az-ın məlumatına görə, görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən Tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.
1news.az
534