Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Sonsevlə vida mərasimi keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Sonsevlə vida mərasimi keçirilir - FOTO

10:53 - 26 / 10 / 2020
Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Sonsevlə vida mərasimi keçirilir - FOTO

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz Dmitri Solntsevlə vida mərasimi keçirilir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda, Dmitri Solntsevin yaşadığı binanın önündə təşkil olunan vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edir.

Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu gün şəhidlərimiz torpaqlarımızın azad olunması üçün canlarından keçib:

"Biz haqq yolundayıq. 30 il qabaq ermənilər torpaqlarımızı işğal edib,1 milyondan artıq vətəndaşımız evindən didərgin düşüb. Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı beynəlxalq qurumların qətnamələri olsa da, ermənilər bu qətnamələrə məhəl qoymadılar. Erməni terrorçuları öz çirkin niyyətlərindən əl çəkmədilər. Onlar Azərbaycan xalqına qarşı soyqırımlar törətdilər. Azərbaycan dövləti dəfələrlə torpaqların sülh yolu ilə işğaldan azad olunması ilə bağlı danışıqlara getsə də, Ermənistan bu danışıqlardan yayındı, Azərbaycan torpaqlarında vəhşiliklər törətdilər".

1news.az

Paylaş:
421

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər