Azərbaycan Premyer Liqasında son 17 ilin rekordu təkrarlanıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan Premyer Liqasında son 17 ilin rekordu təkrarlanıb

17:35 - 24 / 11 / 2020
Azərbaycan Premyer Liqasında son 17 ilin rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasının X turunda baş tutan 4 oyunda 19 qol vurulub. 

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, “Qarabağ” – “Sumqayıt” matçında (6:1) yeddi, “Qəbələ” – “Neftçi” oyununda (1:4) beş, “Zirə” – “Keşlə” qarşılaşmasında (3:1) dörd, “Sabah” – “Səbail” görüşündə (2:1) üç qol qeydə alınıb.

Ümumilikdə, turun orta məhsuldarlığı 4,75-ə bərabərdir. Bu, nəinki cari mövsümün rekordu, son 17 ilin ən yüksək göstəricisinin təkrarıdır. 2016/17 mövsümünün IV turunda da indiki kimi 4 oyunda 19 qol vurulub. 2016-cı il sentyabrın 9-11-də keçirilən turda “Qəbələ” “Neftçi”ni 8:0, “Qarabağ” AZAL-ı 6:0, “Keşlə” “Sumqayıt”ı 2:1, “Kəpəz” “Zirə”ni 2:0 hesabı ilə üstələyib.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003-cü il avqustun 2-3-də təsadüf olunub. 2003/04 mövsümünün XII turunun 6 matçında 29 qol vurulub. Orta məhsuldarlıq 4,83-ə bərabər olub. Həmin vaxt “Qarabağ-Azərsun” “Ədliyyə”ni 7:0, “Şəmkir” “Turan”ı 5:1, “Xəzər Universiteti” “Lokomotiv”i 5:0, “Neftçi” Sumqayıt “Xəzər”ini 3:1, “Kəpəz” MOİK-i 1:0 hesabı ilə məğlub edib, “Bakılı” – “Dinamo” matçı 3:3 hesabı ilə başa çatıb.

1news.az

Paylaş:
787

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər