1news.az

Azərbaycan Rusiyaya nota ünvanlayıb

15 Avqust saat 09:25 ~ 1 dəqiqəlik oxu 122
Azərbaycan Rusiyaya nota ünvanlayıb

Azərbaycan səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb.

Bu barədə 1news.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb.

Forum çərçivəsində Ermənistanın Rusiyadakı Səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.

Bununla bağlı Sabir Rüstəmov Səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlamış və Səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, Səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb.

Bundan əlavə, Səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net