“Azərbaycan Samsung-u seçir” – “Nargis” Fondunun dəstəyi ilə Samsung şirkətindən yeni irimiqyaslı layihə | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan Samsung-u seçir” – “Nargis” Fondunun dəstəyi ilə Samsung şirkətindən yeni irimiqyaslı layihə

10:00 - 04 / 09 / 2019
“Azərbaycan Samsung-u seçir” – “Nargis” Fondunun dəstəyi ilə Samsung şirkətindən yeni irimiqyaslı layihə

Heç kəs üçün sirr deyil ki, əksər Azərbaycan ailələrində heç yoxdursa bir Samsung məhsulu vardır.

Buraya soyuducudan başlanaraq mobil telefonadək aid edilir. Öz əlli illik yubileyi ərəfəsində Samsung şirkəti brendə göstərilən bu etimada minnətdarlıq olaraq, “Azərbaycan Samsung-u seçir” adlı yeni layihəyə start verir. Şirkət “Hər bir uşaq keyfiyyətli təhsil almalıdır” şüarını əsas tutaraq, “Nargis” Fondunun dəstəyi ilə Quba, Biləsuvar və Tovuz rayonlarının 3 məktəbində xüsusi təhsil otaqları yaratmağı planlaşdırır.

Sözügedən otaqlar Samsung şirkətinin qabaqcıl texnoloji məhsulları ilə təchiz olunaraq, şagirdlərin həm təhsil prossesini yüngülləşdirəcək, həm də onların rəqəmsal texnologiya ilə tanışlığına səbəb olacaqdır. Bu layihəni reallaşdıraraq Samsung Azərbaycan xalqının simasında sadiq istehlakçısına öz dərin hörmətini bildirərək, Azərbaycan uşaqlarının gələcəyinə töhfə vermək istəyir. Həmçinin, layihə çərçivəsində Azərbaycanın bölgələrinə üz tutan “səyyar kinoteatr” turunu planlayır ki, bu turda uşaqların çox sevdiyi cizgi filmi nümayiş etdiriləcəkdir.

Uşaqların maraqlı, xoş vaxt keçirmələri və müsbət enerji almaları üçün kino seanslar açıq hava şəraitində baş tutacaq. Belə ki, sözügedən bu layihənin əsas məqsədi uşaqların son tətil günlərini məmnuniyyətlə keçirmələri və yeni güclə məktəbə üz tutmalarıdır. Həmçinin layihə çərçivəsində kiçik seyirciləri Samsung-dan xüsusi hədiyyələr də gözləyir.

Səyyar kinoteatrı qeyd edilən regionlarda gözləyin:

Hörmətli valideynlər, sizi bu unikal fürsətdən istifadə etməyə və uşaqlarınıza sevinc dolu anlar yaşatmağa dəvət edirik.

Qeyd edək ki, seanslar tamamilə pulsuzdur və istənilən uşaq burada seyirçi olaraq iştirak edə bilər. Hər birinizə gözəl istirahətlər arzu edirik!

Reklam hüququnda

 

 

Paylaş:
386

Son xəbərlər

Gəncədə yanğın hadisəsi baş veribBu gün, 14:43Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər