Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib
Azərbaycan tərəfi Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, təqsirlndirilən şəxs barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında təqdimata baxılıb və təmin edilib. Məhkəmənin qərarı ilə S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Onun saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.
1news.az
430