“Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib

17:04 - 21 / 05 / 2019
“Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.

1news.az-ın məlumatına görə, toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bir qayda olaraq Azərbaycandakı bütün mötəbər toplantılar, idman yarışları vaxtı ölkəmizə münasibətdə mənfi rəy yaratmaq yolu seçilir. Eyni xoşagəlməz tendensiya yenə nəzərə çarpmaqdadır. Bu, mayın 29-da UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədardır. «Dünyanın bir sıra kütləvi informasiya vasitələrindəki təqdimatlarda insanlarda ölkəmizlə bağlı bir növ, qorxu yaradılır. Azərbaycanın imici barədə mənfi rəy formalaşdırılır», - deyən Ə.Amaşov Azərbaycanın media ictimaiyyətinin məsələyə adekvat münasibətinin vacibliyini önə çəkib və rəhbərlik etdiyi qurumun təşkil etdiyi toplantının məqsədinə bu baxımdan aydınlıq gətirib.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, «Teleqraf Holdinq»in rəhbəri Aynur Camalqızı, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, Azər Həsrət, həmçinin Şuranın sədr müavini Müşfiq Ələsgərli ölkəmizlə bağlı yaradılmış mənfi rəyi ümumən Azərbaycana qarşı aparılan informasiya siyasətinin tərkib hissəsi kimi dəyərləndiriblər. Onlar bildiriblər ki, ölkəmizdə aparıcı beynəlxalq şirkətlərin nümayəndəlikləri var və bu nümayəndəliklərdə dünyanın dörd yanından əcnəbilər çalışmaqdadırlar. İndiyədək bu şəxslərin heç biri ilə bağlı insidentin qeydə alınmadığı halda qərəzli fikirlərin gündəmə gətirilməsi məkrli mahiyyət daşıyır. Buna münasibətdə bütövlükdə Azərbaycan cəmiyyəti kimi, mediası da öz mövqeyini ortaya qoymalıdır.

Çıxış edənlər həmçinin bildiriblər ki, beynəlxalq tədbirlərin, böyük idman yarışlarının təşkilində təcrübəyə malik Azərbaycan UEFA Avropa liqasının final oyununa da evsahibliyini layəqətli şəkildə həyata keçirəcəkdir.

1news.az

Paylaş:
520

Son xəbərlər

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48
Bütün xəbərlər