Azərbaycanda onlayn sosial etibarnamənin tətbiqinə başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda onlayn sosial etibarnamənin tətbiqinə başlanıldı

13:17 - 08 / 04 / 2020
Azərbaycanda onlayn sosial etibarnamənin tətbiqinə başlanıldı

Ədliyyə Nazirliyi tərəfindən əhaliyə məsafədən göstərilən xidmətlərin genişləndirilməsi üzrə tədbirlər davam etdirilir.

Nazirlikdən 1news.az-a bildirilib ki, bu məqsədlə müasir innovativ metodlardan istifadə olunmaqla yaradılmış "Mobil notariat" proqram təminatı vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin vəkillərə verilən etibarnamələrin mobil telefonlar vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi imkanı yaradılıb. Artıq elektron qaydada rəsmiləşdirilən etibarnamələrin sayı minlərlə ölçülür.

Bu gündən tətbiq edilən yeni xidmət vasitəsilə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan vətəndaşlara Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda həftənin bütün günü 24 saat ərzində həmin dərmanları əldə etmək üçün evlərini tərk etmədən dövlətin sosial proqramından yararlanmaq məqsədilə digər şəxslərə real vaxt rejimində elektron etibarnamə vermək imkanı yaradılıb.

Sosial etibarnamənin elektron qaydada verilməsi imkanın yaradılması karantin rejimi dövründə sağlamlığının qorunması üçün evlərini tərk etməyə məhdudiyyət qoyulmuş bu xidmətlərin əsas istifadəçisi yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edir.

07.04.2020-ci il tarixdən istifadəyə verilən və 100 mindən çox insanın faydalanacağı "Sosial etibarnamə"dən vətəndaşlar AppStore və PlayStore platformasından pulsuz "Mobil notariat" tətbiqini yükləyərək, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə yararlana bilərlər. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifələrində (www.facebook.com/mobilnotariat və www.instagram.com/mobil_notariat/) yerləşdirilib.
Qeyd olunmalıdır ki, xüsusi karantin rejimində olan vətəndaşlarımızın durumuna həssas yanaşılaraq xidmət pulsuz göstəriləcək.

1news.az

Paylaş:
430

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər