Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən start verildi – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO
Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan "Sputnik V”, "AstraZeneca”, "Sinofarm”, "Sinovac”, "Moderna”, "Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb.
Bu gündən ölkəmizdə xüsusi karantin rejiminin yumşaldılması ilə yanaşı, koronavirus əleyhinə vaksinasiyaya da start verilib. İlk növbədə əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyası həyata keçiriləcək. Artıq tibb işçilərinin vaksinasiyasına başlanılıb.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Azərbaycanda vaksinasiyaya yanvarın 18 dən start verilir” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – TƏBİB-in işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim infeksionisti Süleyman Kamilov, STM -in baş məsləhətçisi Tural İsmayılov, klinik psixoloq Nilufər Əlizadə və 1 nömrəli şəhər poliklinikasının baş həkimi Kübra Cabarova mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
S.Xankişiyeva