“Azərbaycanın Könüllülər Hərəkatının Beynəlxalq Könüllülər Hərəkatına inteqrasiyasının gücləndirilməsi üçün bütün əsaslar mövcuddur”  | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanın Könüllülər Hərəkatının Beynəlxalq Könüllülər Hərəkatına inteqrasiyasının gücləndirilməsi üçün bütün əsaslar mövcuddur” 

19:13 - 22 / 05 / 2020
“Azərbaycanın Könüllülər Hərəkatının Beynəlxalq Könüllülər Hərəkatına inteqrasiyasının gücləndirilməsi üçün bütün əsaslar mövcuddur” 

Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi, tərəqqi dövrünü yaşayan milli könüllülər hərəkatını inkişafının zirvə nöqtəsinə çatdırdı.

Bunu, son iki ayda – koronavirus pandemiyası dövründə könüllülərimizin peşəkar və çevik fəaliyyətini müşahidə etdikdə tam əminliklə söyləmək olar.

Burada eyni zamanda, ölkənin aparıcı gənclər və könüllülər təşkilatlarının həmrəyliyi ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təsis edilməsini, habelə mərkəzləşdirilmiş səmərəli fəaliyyətin artmasını qeyd etmək olar.

Nəhəng və özünəməxsus könüllülük adət-ənənələrinə malik Azərbaycanın  könüllülük kökləri xalqımızın milli mənəvi dəyərlərinin yeni nəsillərə çatdırılmasına və milli birliyimizin möhkəmlənməsinə əsaslanır. 

Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-2001-ci illərdə Azərbaycanda ilk dəfə Birləşmiş Millətlər Təşkilatının könüllülük prinsiplərinə əsaslanan layihə həyata keçirilmişdir. Azərbaycanda BMT könüllülük ənənələrinin əsasını qoymuş bu yanaşma gənclərimizin ölkəmizdə könüllülük fəaliyyətinin əsasını yaratmışdır. Könüllülüyün inkişafında təkanverici faktor 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyət haqqında” qanun olmuşdur. Bu Qanunun yaratdığı hüquqi çərçivə sayəsində “ASAN Könüllüləri” kimi institutlaşdırılmış könüllülük modeli yaradıldı. Həmçinin, ölkəmizin ev sahibliyi etdiyi “Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllünün cəlb edilməsi və Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən onların fəaliyyətinin qiymətləndirilməsi Azərbaycanın zəngin və təcrübəli könüllü bazasının formalaşmasına xidmət etdi. 

Son illər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Regional İnkişaf” İctimai Birliyinin uğurlu fəaliyyəti nəticəsində könüllülər hərəkatının coğrafi əhatəsi genişləndi və region gənclərinin də könüllülük imkanları artırıldı. Xüsusilə koronavirus pandemiyası zamanı Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin ahıl yaşında, ehtiyacı olan insanlara könüllü xidmət göstərmələri könüllülük fəaliyyətinin mexanizmlərini genişləndirdi. 

Bütün bunları nəzərə alaraq, bu gün Azərbaycanın könüllülər hərəkatının beynəlxalq könüllülər hərəkatına inteqrasiyası gücləndirilməlidir. Bu, təcrübəli könüllülərimiz üçün yeni beynəlxalq imkanlar açmaqdan əlavə, bizim bu sahədə təşkilati təcrübəmizin digər ölkələrə ötürülməsinə də şərait yaradacaqdır. Yuxarıda qeyd etdiyim “Könüllü fəaliyyət haqqında” Qanunda bunun üçün hüquqi əsaslar yaradılıb. Belə ki, bu Qanunun 10-cu maddəsi Azərbaycan Respublikasının vətəndaşlarına xarici dövlətlərin ərazisində könüllü fəaliyyət göstərməyə icazə verir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMT Könüllüləri Proqramı arasında gənclər üçün yeni könüllülük imkanlarının yaradılması barədə niyyət məktubu imzalanmasını zəruri etmişdir. BMT Könüllüləri Proqramı könüllülük imkanlarının qlobal səviyyədə əlaqələndirən ən əsas beynəlxalq qurumdur.

Bunları nəzərə alaraq, habelə “Könüllülər ili”nin yekunu münasibətilə ölkəmizdə fəaliyyət göstərən bütün könüllü qruplarının iştirakı, BMT Könüllülər Proqramının egidası altında və dövlətimizin dəstəyi ilə “Könüllülər ili forumu”nun keçirilməsi, dünyada qeyd olunan 5 Dekabr – Beynəlxalq Könüllülər Günündə könüllülərimizin fəaliyyətinə beynəlxalq qiymətin verilməsinə nümunə ola bilər.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
743

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər