Azərbaycanın tənzimlənən yanacaq bazarında rəqabət varmı? – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycanın tənzimlənən yanacaq bazarında rəqabət varmı? – FOTO – VİDEO

14:25 - 27 / 12 / 2019
Azərbaycanın tənzimlənən yanacaq bazarında rəqabət varmı? – FOTO – VİDEO

Aparılan sorğuların nəticələrinə görə, ölkənin YDM-lərində satılan yanacağın həcm dəqiqliyinə inanmayan müştərilərin sayı 92% təşkil edir

Dövlət tərəfindən qiymətlərin tənzimləndiyi Azərbaycanın yanacaq bazarında rəqabət varmı? Varsa necə aparılır?

Bu suallara cavab almaq üçün REAL TV-nin efirində enerji məsələləri üzrə ekspert İlham Şabanın aparıcısı olduğu “Bizim BAREL” verilişinin qonağı olmuş “SOCAR Petroleum” QSC baş direktorunun innovativ məsələlər üzrə müavini Elnur Mustafayevlə müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:

– Elnur müəllim, dövlət tərəfindən tənzimlənən qiymətlər şəraitində yanacaq satışında rəqabət necə aparılır? Sovet zamanı da dövlət bazarı tənzimləyidi. Müstəqillik dövründə də bazar tənzimlənir. Burada bazar elementləri özünü nədə göstərir?

– Bildiyiniz kimi, ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış və pərakəndə satış qiymətləri Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir. Belə ki, həm istehsal olunan neft məhsullarının topdansatış qiymətləri dövlət tərəfindən tənzimlənir, həm də parakəndə qiymətlər. Bu şəraitdə neft məhsullarının ticərətində qiymət rəqabəti arxa plana, qeyri-qiymət rəqabət üsulları isə ön plana çıxırlar.

Eyni zamanda nəzərə almalıyıq ki, Azərbaycanda neft məhsullarının ticərəti marjinal xarakterlidir. Məsələn, Aİ-92 benzin yanacağı satışında topdan və pərakəndə qiymətlərin fərqindən yaranan marja (digər birbaşa və dolayı xərclərdən əvvəl) cəmi 8% təşkil edir.

Belə şəraitdə, effektiv qeyri-qiymət rəqabəti yanacaq satıcıları üçün nəinki uğur, biznesin davamlı inkişaf faktoruna çevrilir.

– Maraqlı bir detala toxundunuz. Demək, bizim bazada neft məhsullarının eyni həcmini satanlar da eyni gəlir əldə edir. Ancaq bu faktolara baxmayaraq istehlakçı daim yaxşı “zapravka” axtarışında, satıcı isə daha çox müşəri arzusunda olur.

– Bazar bazardır. Sovet dövründə də gər şey dövlətin əlində olmasına baxmayaraq istehlakçılar daha yaxşı xidmət olan obyektlərə can atırdılar. Bu baxımdan  SOCAR PETROLEUM QSC yarandığı andan müştərilərin maraqlarını və mənafelərini diqqət mərkəzində saxlayaraq, qeyri-qiymət rəqabətinin effektiv və etik qaydada aparılmasında fokuslanmışdır. Biz 3 məsələni önə çəkirik:

  1. YDM-lərin yanacaq çənlərini daima təmiz saxlayaraq satılan yanacağın təmizliyini təmin edirik;
  2. Xüsusi diqqət satış həcminin dəqiqliyinə yetirilir. Sayğaclar vaxtlı-vaxtında kalibrovkadan keçir, ki 1 litr 1 litrə bərabər olsun;
  3. Müştərilərə göstərilən xidmətin təhlükəsiz, rahat və operativliyi.

Yəni bizim YDM-ə daxil olan müştəri darısqallıqdan şikayət etməməlidir, YDM ərazisinə daxil olakən bir rahatlıq ab-havası duymalıdır və ona operativ göstərilən xidmətdən məmnunluq hissi ilə oranı tərk  edərkən bir daha SOCAR brendli yanacaq doldurma məntəqəsinə gəlmək arzusu olmalıdır. Hazırkı şəraitdə, fiksasiya edilmiş qiymət şəraitində müştəri uğrunda mübarizənin başlıca şərtləri bizim şirkət üçün bunlardır.

Beləliklə, bazar iqtisadiyyatı şəraitində müştərilərin maraqlarını təmin edən və mənafelərini qoruyan, müştərilərin gözündə  öz imic və reputasiyasını gücləndirən satıcı – müştərilərin təfəkküründə brend olaraq qəbul olunur.

Nəticədə  rəqib şirkətlərə qalib gəlmək şansları artır. Bu yanaşmalar bizim şirkətin strateji məqsədlərinə çevrilib. Məhz bu səbəbdən də SOCAR PETROLEUM QSC-nin xidmətlərinə tələbat davamlı olaraq artır.

– Hal-hazırda satılan yanacağın keyfiyyəti və dəqiqliyi ilə bağlı müştərilərin mənafeləri necə qorunur və təmin edilir?

– Hazırda ölkədə istehsal edilən benzin və dizel yanacağının keyfiyyəti müvafiq dövlət standartlarına, idxal edilən benzin və istehsal edilən CNG yanacağının keyfəyyəti isə – dövlət standartlarına və eyni zamanda AVRO-5 ekoloji standartın tələblərinə cavab verir.

Yanacaq satıcılarının vəzifəsi yanacağı texniki şərtlərə uyğun şəkildə, istehsalçıdan və ya idxalçıdan keyfiyyəti itirmədən alıcılara təklif edilməsidir.

Məsələn, əgər alıcı Aİ-92 benzin yanacağı alırsa, YDM-in vəzifəsi oktan göstəricisi 92 olan yanacağı onun yancaq çəninə vurmaqdır. Satışın həcmi də dəqiq olmalıdır, yəni sayğacda göstərilən rəqəmlər yanacaq çəninə vurulan həcmlərlə düz mütənasiblik təşkil etməlidir – 1 litr 1 litrəyə də bərabər olmalıdır. Bu, “satıcı-müştəri” anlaşmasında kifayət qədər aydın və eyni zamanda kritik məsələlərdir.

Təəssüf ki, bazarın bəzi iştirakçıları hələ də qeyri etik rəqabət üsullarına əl atırlar. Məsələn, bizim sorğularımız göstərdi ki, ölkənin YDM-lərində satılan yanacağın həcm dəqiqliyinə inanmayan müştərilərin sayı 92% təşkil edir, və bu xoşa gəlməyən düşüncə stereotip olaraq formalaşıb.

Məsuliyyətli satıcı olaraq, müştərilərə həcm dəqiliyini sübut etmək məqsədi ilə, SOCAR PETROLEUM QSC-nin bütün YDM-ləri nümunəvi ölçü qabları (menzurka) ilə təmin edilib. Müştərilərə mütəmadi olaraq bildirir ki, bu qablardan hər bir müştəri istifadə edə bilər və sayğacların göstəricilərini bu yolla yoxlaya bilər.

Müştərilər bilməlidirlər ki, ölçmə cihazlarının dəqiqliyinin qəbul edilən xətası Nazirlər Kabinetinin 391 nömrəli qərarına əsasən ± 0.50 faiz təşkil edir. Yəni 10 litr yanacaq alırsınızsa, çəninizə 50 qram az və ya çox yanacaq daxil ola bilər – bu hökumətimizin təsdiq etdiyi qaydalara görə (onlar da dünya praktikasından çıxış ediblər), normaldır.

– İndi isə yanacaq bazarındakı dünya təcrübəsi və əsas trendlər – ekologiya, iqtisadi amillər və texnologiyalardan bir qədər söhbət açaq. Dünya avtomobil sənayesi hansı istiqamətdə inkişaf edir, perspektivdə bizim bazarda da nəzərə çarpacaq dəyişikliklər baş verəckmi?

Hal-hazırda dünyanın yanacaq bazarında “ekoloji təmiz nəqliyyat” tendensiyası formalaşıb. Bu tendensiyanın tərkib hissələri haqqında bunları demək istərdim: 

  1. Daha təmiz mühərriklər.

Bildiyiniz kimi, 2015-ci ildən Avropada qüvvədə olan Avro-6 ekoloji standartı Avro-5 standartından fərqli olaraq yeni tələbləri məhz mühərriklərə aidddir nəinki yanacağa, o cümlədən əsas yeniliklər belədir:

  1. Benzin avtomobilləri üçün birinci dəfə olaraq karbon dioksid emissiyasının limiti 130 gr/km miqdarında tətbiq edilir;
  2. Dizel maşınları üçün azot oksidlərinin limiti ikiqat endirilib və 0.08 gr/km miqdarında tətbiq edilib.

Nəticədə, avtomobil istehsalçıları məcbur oldular ki, daha ekoloji təmiz mühərrikləri quraşdırsınlar və köhnə nəqliyyat vasitələrini kütləvi şəkildə dövriyyədən çıxarsınlar. Avropanda Avro-1 Avro-6 standartları müddəti ərzində (1992 ildən etibarən) zəhərli ötürmələrin emissiyası 50-90% azalıb (müvafiq maddələr üzrə). ABŞ və Yaponiyada oxşar ekoloji standartlar işləyir (EPA10 və Post NLT, müvafiq olaraq).

Elektromobillər

Hazırda dünyada 6 mln ədəd elektromobil vardir. Elektromobillərin istahsalı və satışı yüksək templə davam edir.

Fərdi olaraq ekoloji baxımdan idealdır, emissiyası sıfıra bərabərdir. Eyni zamanda, elektik enerjisi istehsalında karbon tullantı olanadək elektromobillərin karbon və toksik izləri olacaq. Çünki, elektromobillər birbaşa ekoloji təmiz olsa da, dolayısı ilə daş kömürlə və ya təbii qazlə işləyən elektrik qenerasiyası nəticəsində istilikxana qazların emissiyasının artırılmasına səbəb olur.

Elektromobillərin kütləvi inkişafında hazırda bir sıra problem var:

  1. Parkın dəyişməsi üçün böyük sərmayə tələb edilir;
  2. Təmir infrastrukturunun yaradılması tələb edilir;
  3. Akkumlyatorların utilizasiya infrastrukturunun yaradılması lazımdır.

Beləliklə, hazırda dünyanın bəzi ölkələrində elektromobillər aktual alternativdir, digər dövlətlərdə və regionlarda isə – hələ tam əlçatan deyil.

CNG yanacağı ilə işləyən avtomobillər

Hazırda 30 mln ədəd CNG-mobil vardır və bu bazar yüksək templə inkişaf edir. Dünyanın aparıcı avto istahsalçıları tərəfindən CNG modelləri istahsal edilir və satılır. 2030-cu ildə CNG avtomobillərinin sayı 100 milyon ədəd olması proqnozlaşdırılır.

CNG yanacağının və nəqliyyat vasitələrinin üstünlükləri:

  1. CNG yanacağı daha səmərəlidır – dunyada da belədir, Azərbaycanda isə carı qiymət Aİ-92 benzinin qiymətindən iki dəfə aşağıdır;
  2. Ekoloji təmiz yanacaqdır – CNG yanacağının toksik və karbon izləri 3-6 dəfə benzin və dizel yanacaqlardan aşağıdır;
  3. Ən təhlükəsiz yanacaqdır – həm alışma həm partlayış ehtimalına görə;
  4. Mövcud avtopark həm konversiya edilə bilər, həm də zavod istehsalı olan CNG avtomobilləri satın-alına bilər;
  5. CNG yanacağının oğurlanması mümkün deyil;
  6. Təbii qaz hasıl edən ölkələr üçün, o cümlədən Azərbaycan üçün, CNG yanacağının tətbiqi yanacaq bazarının diversifikasiyasını təmin edir və enerji təhlükəsizliyinin əsas faktorlarından biridir.

CNG yanacağının istefadısı ölkəmiz üçün 2015-ci ildə imzalanmış Paris sazişindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün hal-hazırda yegənə vasitədir.

Beləliklə CNG yanacağı Azərbaycan üçün perspektivli və səmərəli yanacaqdır, və CNG yanacağ bazarının inkişafı SOCAR-ın strateji hədəflərinin sırasındadır.

Reklam hüququnda

 

Paylaş:
1285

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər