Azərbaycanın tibbi maskaları Avropanın ITC keyfiyyət sertifikatını qazandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın tibbi maskaları Avropanın ITC keyfiyyət sertifikatını qazandı

10:30 - 15 / 01 / 2021
Azərbaycanın tibbi maskaları Avropanın ITC keyfiyyət sertifikatını qazandı

Cənubi Qafqazın ən böyük tekstil müəssisəsi “Gilan Tekstil Parkı” MMC-də mövcud COVID-19 pandemiyası ilə mübarizəsinə töhfə vermək məqsədilə istehsal olunan tibbi maskalar Avropanın ITC (Institute for testing and Certification, Inc. ) keyfiyyət sertifikasiya sınaqlarından uğurla keçmişdir.

Dünyanın 18 ölkəsində təmsil olunan və baş ofisi Çexiyada yerləşən Institute for testing and Certification şirkəti sınaq, sertifikatlaşdırma, texniki yoxlama, metrologiya standartlaşdırma sahəsində xidmətlər göstərən dünya səviyyəli müstəqil təşkilatdır.

ITC sertifikatları istehsal proseduraların beynəlxalq standartlar, yüksək təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunluq barədə məlumat verir. Bununla GTP-nın tibb maskalarına daxili alıcılar arasında etibar daha da güclənir və  xarici bazarlara girişi rahatlaşır. Yerli istehsal olunan tibbi maskaların beynəlxalq sertifikatlaşdırması Azərbaycan məhsullarının ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

“Gilan Tekstil Parkı” MMC-nin Sumqayıtda yerləşən tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı 2020-ci ilin mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə baş tutmuşdur.

İstehsal olunan birdəfəlik tibbi maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. Fabrikin gündəlik istehsal gücünü 300 min tibbi maskadır və hazırda istehsalat prosesinə 50 işçi cəlb olunub.

Eyni zamanda “Gilan Tekstil Parkı” MMC-də birdəfəlik istifadə üçün qoruyucu kombinezonlar istehsal olunur. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir və möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb.

“Gilan Tekstil Parkı” MMC Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət təsisdir. GTP əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə edərək iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edir. Əlavə məlumat üçün şirkətin saytına www.giltex.az və ya şirkəti rəsmi sosial şəbəkələrinə müraciət etmək olar.

Reklam hüququnda

 

Paylaş:
376

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər