Azercell Bakıda futbol azarkeşlərini yüksək-sürətli internetlə təmin etdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell Bakıda futbol azarkeşlərini yüksək-sürətli internetlə təmin etdi – FOTO

12:30 - 30 / 05 / 2019
Azercell Bakıda futbol azarkeşlərini yüksək-sürətli internetlə təmin etdi – FOTO

Azercell Bakıda futbol azarkeşlərini yüksək-sürətli internetlə təmin etdi – FOTO

Azercell və Ericsson Bakı Olimpiya Stadionunda keçirilən final oyunu zamanı futbol azarkeşlərini üstün mobil şəbəkə ilə təmin etdi.

Ericsson Radio Sistemi Azercell şəbəkəsininin tutumunu üçqat artırmaqla, azarkeşlərə video yayımı etmək və yüksək keyfiyyətli xidmətlərdən faydalanmaq imkanı yaratdı.

Ericsson şəbəkənin tutumunu artıran və etibarlı bağlantını təmin edən unikal kompleks həll tətbiq etdi.

Azərbaycanın aparıcı mobil rabitə xidmətləri təminatçısı Azercell və Ericsson (NASDAQ: ERIC) ölkə paytaxtında yerləşən Bakı Olimpiya Stadionunda radio giriş şəbəkəsi (RAN) və transmissiya şəbəkəsini modernləşdirdi.

Stadion çoxstandartlı Ericsson Radio Sistemi avadanlıqları, o cümlədən transmissiya və Elastik RAN funksionallığı ilə daha sıx təmin olundu. Ericsson-nun bu həlli 74 radio sektorundan ibarət geniş şəbəkəyə vahid baza stansiyası şəklində işləməyə, beləliklə də resursların idarə olunmasını optimallaşdırmağa və istifadəçi rahatlığını artırmağa imkan verdi.

Unikal Ericsson Radio Sistemi həlli Azercell-in genişzolaqlı mobil internet tutumunu  üçqat artıraraq, azarkeşlərə oyunlar zamanı öz smartfonları vasitəsilə yüksək keyfiyyətli video yayımı aparmağa, interaktiv rabitə xidmətlərindən və sosial şəbəkələrdən faydalanmağa imkan yaratdı.

Azercell son illərdə mobil internet istifadəçilərinin davranışlarında əhəmiyyətli dəyişikliklərin baş verdiyini müşahidə edib. Belə ki, istifadəçilərin böyük qismi şəkil çəkdirməkdən daha çox video qeydləri aparmağa üstünlük verir. 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatı smartfon istifadəçilərinin daha çox öz şəkillərini paylaşdığı və tamaşaçıların 60 faizinin keçirilən oyunlarla bağlı şəkillər yüklədiyi “selfie” tədbiri olub.

  • Ericsson-nun Elastic RAN (E-RAN) şəbəkəsi ilə sonsuz sayda telefon bütün şəbəkə üzrə koordinasiya edilir və istifadəçinin yerləşdiyi yerdən asılı olmayaraq şəbəkə əməliyyatlarının həyata keçirilməsi üçün çeviklik təmin olunur. Mobil şəbəkə daşıyıcılarının koordinasiyası və bir yerə cəmlənməsi internet sürətini və ümumilikdə şəbəkənin fəaliyyətini artırır. Məlumatları yollamaq üçün interfeyslər və E-RAN üçün lazım olan aşağı yubanma dərəcəsini təmin etmək üçün məlumat transmissiya həlli Ericsson Router 6000 məhsullarından istifadə etməklə hazırlandı. Stadion şəbəkəsi mərkəzləşdirilmiş RAN prinsipi əsasında və yüksək göstəricilərə malik və etibarlı DWDM əsaslı optik şəbəkə infrastrukturundan (Ericsson Fronthaul 6000 məhsulları əsasında) istifadə etməklə qurulub. Bu da öz növbəsində Azercell-ə etibarlı və bazarda ən yaxşı mobil yayım xidmətləri təqdim etməyə imkan verdi.
  • Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev bildirib: “Bugün rabitə insanları, ölkələri və cəmiyyətləri bir-birinə daha da yaxın edir. Bu xüsusi hadisə zamanı bizim üçün bir nömrəli prioritet öz abunəçilərimizə, yerli və əcnəbi futbol azarkeşlərinə, qonaqlara oyundan zövq almaq, bu inanılmaz tədbir ilə bağlı yaşadıqları emosiyaları və təəssüratları paylaşmaqlarına imkan yaratmaq olub. Azercell adından mən bizim dəyərli tərəfdaş olan Ericsson şirkətinə məkanı ən son şəbəkə həlləri ilə təchiz etməyə imkan verən öz beynəlxalq təcrübələrini bizimlə bölüşdüklərinə görə təşəkkür edirəm.”
  • “Azercell ilə əməkdaşlıq etmək, Azərbaycanlı və xarici futbol azarkeşlərinə Azərbaycanda keçirilən mötəbər tədbir üçün Ericsson-un innovativ Elastik RAN həllini tətbiq etmək bizim üçün xoş və sevindirici haldır”- deyə Ericsson şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Çetiner söyləyib.

Daha ətraflı məlumat üçün [email protected]  ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
1213

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər