Azercell ilə “Karyerada ilk addım”ını at! – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell ilə “Karyerada ilk addım”ını at! – FOTO

10:15 - 03 / 12 / 2019
Azercell ilə “Karyerada ilk addım”ını at! – FOTO

Ölkədə gənclərin həm fərdi, həm də peşəkar inkişafına təkan verən layihələrin təşəbbüskarı və Karyera Sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC bu dəfə də ənənəsinə sadiq qalıb.

Şirkət, Azərbaycan Texniki Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə əməkdaşlığı çərçivəsində noyabr ayının 28-i İdman sarayında təşkil olunan II Karyera Sərgisinə qatılıb.  “Karyerada ilk addım” devizi altında keçirilən bu sərgi iş imkanlarını gənc peşəkarlarla paylaşmaqla yanaşı, həm də onların müəssisə əməkdaşları ilə ünsiyyət qurması və iş həyatında möhkəm addımlarla irəliləməsi yönündə önəmli bir təşəbbüsdür.

Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin əməkdaşları sərgi iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib və onları maraqlandıran sualları cavablandırıb. Həmçinin Azercell əməkdaşları şirkətdə mövcud olan vakansiyalar, tələbələr üçün nəzərdə tutulan Təqaüd və Təcrübə proqramları barədə də bəhs edib.

Vurğulamaq istərdik ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi təhsil sahəsinə aiddir. Ölkənin aparıcı ali təhsil mərkəzləri ilə əməkdaşlıq edən Azercell bu minvalla gənclərin potensiallarının üzə çıxarılmasına, onların peşəkar kadr olaraq yetişdirilməsinə öz dəstəyini verir.

Daha ətraflı məlumat üçün [email protected]  ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
515

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər