Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub – FOTO

10:00 - 13 / 05 / 2019
Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub – FOTO

İnternetdən istifadə arealının genişlənməsi nəticəsində uşaqların, yeniyetmələrin üzləşə biləcəyi təhlükələri müəyyənləşdirmək və onları aradan qaldırmaq üçün “Azercell Telekom” MMC "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərini davam etdirir.

Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət layihə çərçivəsində indiyədək ölkəmizin müxtəlif bölgələrində məktəblilər, valideynlər və müəllimlər üçün təlim sessiyaları təşkil edib. Növbəti təlimlərdən biri Sumqayıt şəhəri 31 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 140 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən materiallar təqdim olunub.

Qeyd etmək istərdik ki, ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maariflənmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baş tutan “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində də “Azercell Telekom” MMC -in təşkilatçılığı ilə silsilə təlimlər keçirildi.

Onu da vurğulayaq ki, kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə xüsusi önəm verən Azercell “Universal müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə və onun üçün təhlükəsiz ərazi yaratmağa imkanı verir.

Qeyd etmək istərdik ki, ötən il Azercell "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" layihəsi ilə “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyasında qalib seçilərək, Bürünc “Stevie” mükafatı qazanıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
629

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər