Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib – FOTO

10:00 - 18 / 01 / 2021
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib – FOTO

Sosial yönümlü layihələrə böyük önəm verən Azercell şirkətinin Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində fəaliyyətlərini davam etdiriblər.

“Azercell Telekom” MMC-in təşəbbüsü və dəstəyi ilə yaradılan klinikanın həkimləri koronavirus pandemiyasının (COVİD-19) dünyada tüğyan etdiyi ağır dövrdə belə ölkə üzrə bir çox internat məktəblərinə, uşaq evlərinə, aztəminatlı ailələrin yaşadığı məkanlara səfər edərək yüzlərlə ehtiyacı olan insana yardım ediblər.

Azercell-in Mobil Göz Klinikası sentyabr ayında Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən “Nur” uşaq evini, Yasamal rayon Əlillər Təşkilatı İctimai Birliyini və Xaçmaz rayonunda fəaliyyət göstərən uşaqlar üçün İcma əsaslı Sosial Reabilitasiya mərkəzini ziyarət edərək körpələrə və sağlamlıq imkanları məhdud şəxslərə təmənnasız tibbi xidmət göstərib.

8 oktyabr “Ümumdünya Görmə Günü” münasibətilə Azercell-in Mobil Göz Klinikası torpaqlarımızın müdafiəsində cəsurca dayanaraq şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinə, birinci Qarabağ müharibəsi iştirakçılarına və qazilərimizə, eləcə də 30 ilə yaxın öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımıza  qapılarını  açaraq onlar üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edib.

Noyabr ayının 24-ü klinika məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsinə səfər edib. “Azercell Telekom” MMC, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə həyata keçən sosial aksiya zamanı Azercell-in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirib, görmə qabiliyyəti zəif olan vətəndaşlara isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etdiyi yüksək keyfiyyətli optik eynəklər paylanılıb.

2020-ci il ərzində 161 insana ödənişsiz göz müayinəsi və müalicəsini təşkil edən Azercell-in Mobil Göz Klinikası, 9 illik fəaliyyət dövrü ərzində 7125 vətəndaşımıza təmənnasız tibbi yardım göstərib.

Ən müasir  avadanlıqla təchiz olunmuş Azercell-in Mobil Diş Klinikası da pandemiya şəraitində çalışaraq təkcə avqust və sentyabr aylarında Pirallahı qəsəbəsində 200-dən çox xəstəni müayinə və müalicə edib. 2010-cu ildən etibarən fəaliyyətə başlayan klinika bu günə kimi ümumilikdə 8006 nəfərə xidmət göstərib.

Xatırladaq ki, hər iki klinikada müayinə və müalicə tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin həkimləri tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsinizAzərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

Reklam hüququnda

 

 

Paylaş:
526

Son xəbərlər

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər