1news.az

Azercell-in “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı!

24 Mart saat 20:20 ~ 3 dəqiqəlik oxu 425
Azercell-in “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı!

"Azercell Telekom" MMC mövcud gərgin qlobal vəziyyətdə milli iqtisadiyyatı və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərini dəstəkləmək üçün yeni vasitələr təklif edir.

24 Mart 2020 tarixindən etibarən Azercell istifadəçiləri “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı əldə edəcəklər. Abunəçilər həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqində “Mobil Ödəmə” bölməsinə daxil olaraq heç bir əlavə komissiya hesablanmadan istədikləri məbləği daxil etməklə nömrə balansından ödəniş edəcəklər. “Mobil Ödəmə” Xidməti vasitəsilə toplanmış məbləği gündə bir dəfə Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank hesabına köçürəcək.

Xidmət Azercell, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və PAŞA Bank-ın tərəfdaşlığı ilə həyta keçirilib.

Qeyd edək ki, “Azercell Telekom” MMC sosial məsuliyyət təşəbbüsləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Şirkət həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 AZN məbləğində pul vəsaiti də yükləyib. Bundan əlavə, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə 5728 aztəminatlı ailəyə bayram sovqatı verilib. Bu layihə insanların sosial rifahını yaxşılaşdırmaqla yanaşı, dövlətin koronavirus infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədi daşıyıb.

Unutmayaq ki, hər kiçik ianə ölkənin və dünyanın təhlükəsizliyini təmin etmək üçün böyük töhfədir. Biz birlikdə güclüyük!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. 

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net