“Azərişıq” rəsmisi son aylar işıqpulunun çox yazılması ilə bağlı şikayətlərdən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” rəsmisi son aylar işıqpulunun çox yazılması ilə bağlı şikayətlərdən danışdı

17:29 - 14 / 08 / 2020
“Azərişıq” rəsmisi son aylar işıqpulunun çox yazılması ilə bağlı şikayətlərdən danışdı

"Əhali kateqoriyasına aid istehlakçılarda bu ilin iyun-iyul ayları üzrə elektrik enerji istehlakına görə böyük fərqlə borc yaranıb".

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu "Azərişıq" ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.

Onun sözlərinə görə, istehlakçılar sosial şəbəkələrdə yayılan bəzi məlumatlara inanmamalı, real problemlərlə üzləşdikləri zaman “Azərişıq”a müraciət edərək onları maraqlandıran sualları ünvanlamalıdır.

“Qeyd edim ki, 2018-də də belə şikayətlər olmuşdu, ötən il isə heç bir şikayət olmayıb. Bu il isə yenidən sosial şəbəkələrdə şikayətlər ortaya çıxdı. Statistikaya baxsaq, 2018-ci ilin iyun-iyul aylarında istehlak olunan elektrik enerjisinin miqdarında 400 mln. kilovat saatdan çox artım olub, 2019-cu ildə eyni aylar üzrə isə bu rəqəm az - 141 mln. kilovat saat olub. Lakin cari ildə iyun-iyulda 201 mln. kilovat/saat artım qeydə alınıb”, - deyə V. Nəbibəyli qeyd edib.

O, həmçinin əlavə edib ki, istehlakçıların istifadə etdiyi enerjinin artması, sayğaclarda qeydə alınan rəqəmlər onların mənzillərində quraşdırılan soyutma sistemlərinin və digər avadanlıqlarının güc, keyfiyyət, eləcə də texniki parametrlərindən bilavasitə asılıdır.

“Sayğacların çox yazması barədə deyilənlərə gəldikdə, qeyd edim ki, sayğacın istehsalçısı bu qurğuları beynəlxalq standartlarına uyğun istehsal edir. Beynəlxalq standartlarda isə qeyd olunur ki, sayğacın birləşmə yuvası, onun displey göstəricisi, ölçmə mexanizmi, kalkulyasiya bloku müdaxiləyə davamlıdır. Ora müdaxilə etmək mümkün deyil”, - deyə Vüqar Nəbibəyli əlavə edib.

1news.az

Paylaş:
817

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər