AzərTürkBank “Qış Kampaniyası”na start verdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

AzərTürkBank “Qış Kampaniyası”na start verdi

15:55 - 03 / 12 / 2019
AzərTürkBank “Qış Kampaniyası”na start verdi

Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, hər zaman onlara ən əlverişli şərtlərlə məhsul və xidmətlər təklif edən dövlət bankı AzərTürkBank dekabr ayının 2-dən etibarən “Qış Kampaniyası” adlanan növbəti endirim kampaniyasına başlayır.

2020-ci ilin 31 yanvar tarixinədək davam edəcək bu kampaniya müddətində “İstehlak”, kreditlərinin illik faiz dərəcəsinə  4%-dək endirim tətbiq edilir. Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 16%-dən başlamaqla, kreditlərin maksimum müddəti 48 ay müəyyən edilmişdir.

Bundan əlavə, Bank göstərilən tarixlər ərzində müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq kreditin maksimum məbləğini 25 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsinədək artırılması barədə qərar vermişdir.

Qeyd edək ki, 20 aydan yuxarı müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun həyata keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq müştəriyə geri qaytarır (cashback).

Bankda əmanət yerləşdirmək istəyən müştərilər də “Qış Kampaniyası”ndan faydalana biləcəklər. Belə ki, dekabr ayı ərzində milli valyutada açılan 36 aylıq “Klassik” əmanətinin faizləri artırılaraq 10% səviyyəsində müəyyənləşdirilmişdir.

Həmçinin bu kampaniyada plastik kart əldə etmək istəyən müştərilər üçün də əhəmiyyətli güzəştlər nəzərdə tutulmuşdur. Cari ilin 01-30 dekabr tarixləri arası AzərTürkBanka müraciət edənlər, xüsusi imkan və üstünlüklərə malik VISA / MasterCard Gold və MasterCard Platinum debet kartlarını dəyərinin cəmi 20% ödəməklə əldə edəcəklər.

Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar. Sifariş  üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.

Eləcə də 30 dekabr tarixinədək kredit kartı alan müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold və ya VISA Gold kartları Bank tərəfindən hədiyyə olunacaq.

Daha ətraflı məlumatı www.atb.az  saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
1171

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər