AzTV-də kadr islahatı və audit yoxlamaları başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTV-də kadr islahatı və audit yoxlamaları başlayıb

12:35 - 23 / 01 / 2019
AzTV-də kadr islahatı və audit yoxlamaları başlayıb

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb.

Report-un əldə etdiyi məlumata görə, hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması ilə təmizləmələrə başlayıb. Belə ki, teleradionun maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifəsindən azad olunublar. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb. Televiziyanın maliyyə idarəsinə yeni rəhbər təyin olunub. Əvvəlki rəhbərliyə yaxınlığı ilə tanınan Şahrza Əliyev bundan əvvəl uzun illər bir çox qurumlarda maliyyə strukturlarını idarə edib. Əldə olunan məlumata görə, Ş. Əliyev fəaliyyəti ilə bağlı qalmaqallar ilə yadda qalıb.

Kadr islahatına daxil olan digər məsələ "Xəbərlər” İnformasiya redaksiyası ilə bağlıdır. Burada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar artıq işdən azad olunublar. Bundan başqa qurumun bir neçə ölkədən təmsilçiləri də işdən çıxarılaraq geri çağırılıb ki, bu və digər kadr islahatları ilə bağlı yaxın zamanlarda məlumat veriləcək.

İslahatlarla bağlı faktları AzTv-dən təsdiqləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

S.Xankişiyeva

 

Paylaş:
588

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər