Bakı aeroportunda əməliyyat - uşaq yeməyinin içində görün nələr keçirmək istəyiblər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı aeroportunda əməliyyat - uşaq yeməyinin içində görün nələr keçirmək istəyiblər - VİDEO

12:56 - 27 / 01 / 2021
Bakı aeroportunda əməliyyat - uşaq yeməyinin içində görün nələr keçirmək istəyiblər - VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları külli miqdarda narkotik vasitənin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Babayeva İlahə Əziz qızına məxsus çamadan gömrük nəzarəti zamanı saxlanılıb.

Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə qutularının içindəki sellofan paketlərdən 1 542 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilmiş bir bükümdə 320,105 qram narkotik vasitə kokain, çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin çatdırılmalı olduğu şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri həyata keçirilib.

Aparılan təxirəsalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair əsaslı şübhələr müəyyən edilib. Lalə Məmmədovanın yaşadığı ünvanda keçirilmiş axtarış zamanı 2 bükümdə, ümumi çəkisi 8,512 qram psixotrop maddə-metamfetamin, 502 həb MDMA (metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram təşkil edən narkotik vasitə kokain və 70 həb preqabalin, həmçinin elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri aşkar edilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.

1news.az

Paylaş:
478

Son xəbərlər

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamıBu gün, 10:45Qırğızıstan Prezidenti Azərbaycana gəlirBu gün, 10:38Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09
Bütün xəbərlər