Bakı metrosunda daha bir məhdudiyyət tətbiq olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda daha bir məhdudiyyət tətbiq olunub - FOTO

17:09 - 30 / 03 / 2020
Bakı metrosunda daha bir məhdudiyyət tətbiq olunub - FOTO

"Bakı Metropoliteni" QSC yeni iş vaxtına keçdikdən sonra sərnişin axınına nəzarət olunması, verilmiş qərarlara, xüsusən bir-biri ilə ara məsafəsinin qoruması ilə bağlı nəzarəti gücləndirilib.

"Bakı Metropoliteni"ndən 1news.az-a verilən məlumata görə, hazırda Bakı metropolitenində tətbiq edilən hərəkət qrafiki və xüsusən qatarlararası interval mövcud sərnişin axınının tənzimlənmiş qaydada daşınması üçün bütün tələblərə, o cümlədən ara məsafənin qorunmasını təmin etməyə imkan verir. Lakin bu məsələyə sərnişinlərin də diqqətli olmasına, ən əsası, stansiyalar girişə açılarkən daha nizamlı, daha seyrək hərəkət etməsinə ehtiyac var.

Bunu nəzərə alaraq, daha bir nəzarət mexanizmi də tətbiq edilib. Metro stansiyalarının giriş sahələrində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdırıb tənzimləyən istiqamətləndiricilər qoyulub. Həmçinin sərnişin axını çox olan bir neçə stansiyada əlavə olaraq, xüsusi səs gücləndiriciləri ilə elanlar veriləcək, stansiyalarda sərnişinlərə davamlı olaraq müvafiq tövsiyələrin verilməsi intensivləşdiriləcək.

Sərnişinlərimizi bir daha evdə qalmağa, özünütəcrid prinsiplərinə əməl etməyə, metropolitendən yalnız kəskin zərurət yaranacağı təqdirdə istifadə etməyə, metropolitendən istifadə edərkən, ara məsafənin qorunmasına daha diqqətli olmağa çağırırıq.

1news.az

Paylaş:
367

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər