Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək

13:01 - 21 / 09 / 2020
Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək
Bakı şəhəri “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti”nin 2023-cü ildə keçiriləcək 3-cü Regional Konfransına ev sahibliyi edəcək.
 
1news.az xəbər verir ki, bu barədə qərar sentyabrın 17-də “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti”nin 42 ölkədən olan yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə onlayn şəkildə keçirilən səsvermə nəticəsində qəbul olunub. Həmçinin 2017-ci ildə “Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti”nin sədri kimi fəaliyyətə başlayan Çingiz Rəhimov təşkilatın Şərqi Avropa üzrə  regional nümayəndəsi seçilib.
 
Bakının namizədliyinin elan edildiyi ilk gündən Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Konqreslər Bürosu tərəfindən aparılan uğurlu təbliğat işi, həmçinin paytaxtın turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdim edilməsi konfransın Azərbaycanda keçirilməsi hüququnun əldə edilməsi ilə nəticələnib.
 
Azərbaycan Konqreslər Bürosu tərəfindən irimiqyaslı tanıtım, təbliğat və marketinq kampaniyasının aparılması, Professor Çingiz Rəhimovun göstərdiyi təşəbbüsün hərtərəfli dəstəklənməsi 1000-dən çox xarici iştirakçısı olması gözlənilən konfransın ölkəmizə cəlb olunmasına öz töhfəsini verib. 
 
İşgüzar turizmin inkişafı üzrə bu nailiyyətin əldə edilməsinə Azərbaycan Respublikası Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi tərəfindən böyük dəstək göstərilib.
 
“Bu cür irimiqyaslı beynəlxalq tədbirlər nəinki ölkəmizin və onun işgüzar turizm imkanlarının tanıdılmasına xidmət edir, eyni zamanda müxtəlif sahələrin inkişafına da öz töhfəsini verir”, -  Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva bildirib.
 
1970-ci ildə əsası qoyulmuş Avropa, eləcə də dünyanın bir sıra başqa ölkələrində yüksək nüfuza malik olan “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti” kəllə-üz-çənə cərrahiyyəsində müasir üsulların tətbiq olunması üzrə ixtisaslaşaraq sözügedən cərrahiyyə növü ilə bağlı yenilikləri çatdırmaq üçün hər iki ildən bir dünyanın müxtəlif ölkələrində beynəlxalq səviyyəli konfranslar keçirərək üzvlərini bir araya toplayır.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irimiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirməkdir.
 
Qafar Ağayev
Paylaş:
512

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər