Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərlər belə həyata keçiriləcək - QAYDALAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərlər belə həyata keçiriləcək - QAYDALAR

15:38 - 27 / 03 / 2020
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərlər belə həyata keçiriləcək - QAYDALAR

"AZAL" aviaşirkəti Azərbaycan vətəndaşlarının nəzərinə QEYD-ŞƏRTSİZ ƏMƏL ETMƏLİ olduqları Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin gediş-gəliş qaydalarını çatdırır.

Aviaşirkətdən 1news.az-a verilən məlumata görə, Bakıdan Naxçıvana uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar belədir:

- Bakıdan Naxçıvana yalnız Naxçıvan Muxtar Respublikasında DAİMİ YAŞAYAN sərnişinlər uça bilər;

-"AZAL" aviaşirkətinin müntəzəm reysləri HƏFTƏDƏ BİR DƏFƏ, CÜMƏ AXŞAMLARI yerinə yetiriləcəkdir. Bakıdan uçuş vaxtı saat 13:10-da müəyyən edilmişdir;

- reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından həyata keçiriləcəkdir. YALNIZ adlarına aviabilet əldə edən SƏRNİŞİNLƏRİN aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır;

- insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın şəhərdəki aviabilet satış ofisləri bağlıdır, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri "AZAL" AVİAŞİRKƏTİNİN SAYTINDAN əldə edə bilərsiniz (www.azal.az);

- AVİAŞİRKƏTƏ MƏXSUS SATIŞ OFİSLƏRİNDƏN əldə olunan aviabiletlər YALNIZ HƏFTƏNİN CÜMƏ AXŞAMLARI günləri Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının satış kassasında geri qaytarıla və dəyişdirilə bilər;

- "AZAL" aviaşirkətinin rəsmi saytından əldə olunan AVİABİLETLƏRİN GERİ QAYTARILMASI VƏ YA DƏYİŞDİRİLMƏSİ ilə bağlı suallarınız üçün [email protected] elektron poçt vasitəsilə DƏSTƏK XİDMƏTİNƏ müraciət edə bilərsiniz;

Naxçıvandan Bakıya uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar:

- Naxçıvandan Bakıya yalnız Bakıda və ölkənin digər bölgələrində daimi yaşayan sərnişinlər uça bilər. Naxçıvandan uçuş vaxtı 15:30-da müəyyən edilmişdir.

- Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşlarının Bakıya uçub gəlmələri QADAĞANDIR;

- xarici vətəndaşlar üçün Naxçıvandan Bakıya uçub getmək QADAĞANDIR;

- Bakıya gələn bütün sərnişinlər mütləq qaydada KARANTİNƏ YERLƏŞDİRİLİR.

"AZAL" aviaşirkəti bir daha vətəndaşları kəskin ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahətlərdən çəkinməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər