Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək – FOTO

09:52 - 28 / 01 / 2021
Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək – FOTO

Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü istismara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir, sərnişin daşımalarının bərpası isə kontakt şəbəkəsinin yenilənməsindən sonra gözlənilir.

Bu barədə 1news.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Bakı-Xırdalan-Sumqayıt elektrikləşdirilmiş dəmir yolu xəttinin Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Kontakt şəbəkəsi Bakı-Böyük Kəsik dəmir yolu sahəsinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi ilə əlaqədər olaraq yenilənir.

Aparılan yenidənqurma işləri Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının təhlükəsiz hərəkətinə imkan vermir, ona görə bu istiqamət üzrə sərnişin daşınmasının bərpası yalnız təmir işləri bitdikdən sonra mümkün olacaq.

Bu istiqamətdə qatarların hərəkəti Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar olaraq avqustun 10-da dayandırılıb. Yolun genişləndirilməsi çərçivəsində Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülüb, onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edilib. Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Hazırda körpü istismara verilib və yük qatarları körpü üzərindən hərəkət edir.

Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.

S.Xankişiyeva

 

Paylaş:
405

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər