Bakıda Abidə Menecerləri Forumu keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Abidə Menecerləri Forumu keçirilir

10:25 - 27 / 06 / 2019
Bakıda Abidə Menecerləri Forumu keçirilir

26 iyun – 4 iyul tarixlərində Bakıda YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu keçiriləcək.

1news.az xəbər verir ki, beynəlxalq tədbirə Dünya İrs Komitəsinin 43-cü sessiyasının tərkib hissəsi kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, YUNESKO-nun Dünya İrsi Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı Və Bərpası Üzrə Dövlət Xidməti ilə birgə ev sahibliyi edir.

1972 Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya İrsi Siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən 1000-dən çox abidə daxildir. Dünya İrsi Mülkiyyətinin daha səmərəli qorunmasına nail olmaq üçün Dünya İrsi Abidə Menecerləri Forumu böyük önəm daşıyır. Bu forum yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində başlayıb və artıq 3-cü dəfə keçirilir.

8 gün ərzində davam edəcək forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın  şəxsin iştirakı gözlənilir. Abidə menecerləri bu tədbir günləri ərzində bir sıra iclaslarda və yığıncaqlarda iştirak edəcəklər.

Forumun açılış mərasimi bu gün Bakı Konqres Mərkəzində baş tutub. Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun rəisi Əsgər Ələkbərov və Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (İCCROM) baş direktoru Uebber Ndoro açılış nitqi ilə çıxış edərək irsin qlobal anlamından bəhs edib, eləcə də Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübənin qazanılması nöqteyi-nəzərdən önəmindən danışıblar.

Forumun gündəliyinə aşağıdakı mövzular daxildir: Abidə Menecerləri Forumunun Dünya İrsi çərçivəsində və Potensial Yaradılması sahəsində məqsəd və obyektləri; Dünya İrsi və Dayanıqlı İnkişaf – 2015-ci il idarəetmə sənədi ilə tanışlıq; Mədəniyyət mənzərələri və Dünya İrsinin xüsusiyyətləri nəzdindəki konservativ tətbiqlərə dair əsas təqdimat və s.

Bundan əlavə forum iştirakçıları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunu  və digər yerləri ziyarət edəcəklər. 

2 iyul 2019-cu il tarixində iştirakçılar Dünya İrs Komitəsinin 43-cü sessiyasında xüsusi bəyanat ilə çıxış edəcəklər.

1news.az

Paylaş:
596

Son xəbərlər

Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32
Bütün xəbərlər