Bakıda bəzi hotellər satışı dayandırdı - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bəzi hotellər satışı dayandırdı - SƏBƏB

12:13 - 19 / 07 / 2019
Bakıda bəzi hotellər satışı dayandırdı - SƏBƏB

Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb.

1news.az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, ümumilikdə yay ayları turizm mövsümü hesab olunur. İyulun sonu-avqustun əvvəli isə turizm mövsümünün pik dövrü sayılır. Həmin dövrdə Bakıda hotellərin dolma səviyyəsi yüksək - 60-80 faiz olur:

"Amma bu il turizm mövsümünün olması ilə yanaşı, iyulun sonunda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi hotellərə olan tələbatı daha da artırıb. Oyunlar ərəfəsində Bakının mərkəzindəki hotellərdə yerlər dolub. Ümumilikdə mərkəzdəki bəzi 5 ulduzlu hotellərin iyulun sonu-avqustun əvvəli üçün otaq yerləri 100 faiz dolub, buna görə də həmin hotellər qeyd edilən dövr üçün satışı dayandırıb".

N.Bağırov əlavə edib ki, iyulun sonu-avqustun əvvəli üçün olan dövrdə Bakıdakı 3 və 4 ulduzlu hotellər də yerlərini 70-80 faiz doldurublar.

Assosiasiya sədri hotellərdə yerlərin daha çox ərəb ölkələrindən gələn turistlər tərəfindən bron edildiyini də söyləyib.

Xatırladaq ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışı iyulun 21-də, bağlanışı iyulun 27-də olacaq.

1news.az

Paylaş:
534

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər