Bakıda daha 2 ASAN xidmət mərkəzinin tikintisinə başlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda daha 2 ASAN xidmət mərkəzinin tikintisinə başlandı

14:32 - 24 / 01 / 2020
Bakıda daha 2 ASAN xidmət mərkəzinin tikintisinə başlandı

Bakı şəhərində daha 2 ASAN xidmət mərkəzi inşa edilir.

1news.az xəbər verir ki, bu barədə Trend-ə ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 16 ASAN xidmət mərkəzi fəaliyyət göstərir:

"Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. ​Bu il Tovuz, Ağcabədi, Kürdəmir və Balakəndə ASAN xidmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır.

​Prezident İlham Əliyev Bakı şəhərində iki, Sumqayıtda bir yeni, həmçinin Naxçıvanda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb".

E.Niftəliyev əlavə edib ki, hazırda ASAN xidmət mərkəzlərində dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. ​Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100%-ə yaxındır".

1news.az

Paylaş:
1127

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər