Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans keçirilib

11:07 - 13 / 05 / 2019
Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans keçirilib

Bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Ombudsman Aparatı və Mətbuat Şurasının birgə əməkdaşlığı ilə Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində “Gender bərabərliyi və media” mövzusunda konfrans keçirilib.

1news.az xəbər verir ki, konfrans Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunub.

Açılış mərasimində çıxış edən AŞ-nın Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes bildirib ki, konfransın keçirilməsində əsas məqsəd gender bərabərliyi və media sahəsində AŞ standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və açıq müzakirələrə şərait yaratmaqdır.

Z.Hernyes deyib ki, Azərbaycan ilk dəfə olaraq 100 il əvvəl müsəlman dünyasında qadınlara səsvermə hüququ verməklə  hətta bəzi qərb ölkələrini bu məsələdə qabaqlayıb. Bu gün də Azərbaycan gender bərabərliyi sahəsində irəliləməkdədir.

Səfir  qeyd edib ki, media çox vacib alətdir. İctimaiyyətin məlumatlandırılmasında jurnalistlər, bloqqerlər çox böyük töhfə verirlər. Qadınların və qızların gücləndirilməsi BMT gündəliyində də duran vacib məsələdir. Avropa Şurası bərabərliyə nail olmaq üçün bir sıra addımlar atıb, sənədlər qəbul edib:

“Nazirlər Komitəsi seksizmlə mübarizə istiqamətində bu günlərdə tövsiyə sənədi qəbul edib. Lakin bu gün dünyada gender boşluğu qalıb və onu aradan qaldırmaq üçün çalışmaq lazımdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə deyib ki, Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biridir və bu əlbəttə ki, bu, demokratiyanın vacib addımlardan biri idi:

“Azərbaycanın seçdiyi yolla gedərək çox böyük addımlar atıb. Qadınların inkişafına daha çox diqqət yetirib onları müdafiə etməliyik. Çünki dünyada hazırda bir çox proseslər gedir və ölkənin, cəmiyyətin yarısını, bəzi ölkələrdə çoxunu təşkil edən qadınlar hansısa inkişafdan kənarda qalsalar o ölkənin və cəmiyyətin gələcəyi yoxdur. Bunu tək biz demirik. AŞ da bu istiqamətdə addımlar atır.

Azərbaycanda düzgün gender siyasətinin həyata keçirildiyini deyən H.Hüseynovanın sözlərinə görə, ölkə rəhbəri bu məsələyə xüsusi diqqət ayırır:

“Gender bərabərliyi, məişət zorakılığına qarşı qanunlar qəbul edilib. Qəbul edilən bütün qanunlar özündə gender komponentini daşıyır ki, bu da çox vacib məsələdir. Çalışmalıyıq ki, ilk növbədə qadınlar öz hüquqlarını bilsinlər. Seçkili orqanlarda onların sayı artsın. Əvvəl bələdiyyə seçkilərində qadınların iştirakçılığı 4 faiz idisə, bu gün artıq bələdiyyədə qadınların sayı 30 faizdir. Amma bu bizi qane etmir, bu faiz daha da artmalıdır”. 

Komitə sədri deyib ki,  ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva həyata keçirdiyi bütün layihələrdə, xüsusilə qaçqın və məcburi köçkünlərlə bağlı təşəbbüslərdə qadın problemlərinə üstünlük verir və gender komponenti mütləq üzə çıxır.

Qadın sahibkarlığın inkişafına böyük önəm verildiyini deyən H.Hüseynova artıq qadın sahibkarların 35 faizə çatdığını söyləyib.

“Biz media ilə çox sıx əlaqə qurmuşuq, mediada bir çox məsələlər üzə çıxır və qadınlar bu müsbət nümunələrdən yararlanırlar”- deyə, komitə sədri əlavə edib.

Ombudsman Elmira Süleymanova insan haqlarının müdafiəsi, qadınların hüquqlarının, onların liderliyinin gücləndirilməsi, ictimai məlumatlılığının artırılması sahəsində görülmüş işlərdən söz açıb.

Milli Məclisin deputatı Sahibə Qafarova  Azərbaycanda gender bərabərliyinin təmini istiqamətində görülən mühüm işlərdən danışıb. Bildirib ki, gender bərabərliyinin əldə edilməsi, həm də sosial ədalətə nail olunması ictimai münasibətlərin düzgün qurulması deməkdir. Ona görə də bütün dünyada bu sahədə daha çox işlər görülməlidir:

“Azərbaycan təcrübəsinə nəzər salsaq, qadınlarımız ictimai həyatın hər bir sahəsində fəallıq göstərirlər. Bu istiqamətdə dövlət səviyyəsində yüksək diqqət və qayğı var. Bir sıra qabaqcıl ölkələrfən fərqli olaraq Azərbaycan daha böyük uğurlar əldə edib və qeyd edildiyi kimi qadınlara müsəlman dünyasında ilk olaraq səsvermə hüququ verib. Ölkəmizdə bu gün də  aparılan islahatlar qadınların cəmiyyətdə rolunun artırılmasına kömək edir. Bütün istiqamətlərdə qadınların iştirakçılığı artıb”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan mediasında əməkdaşların 45-55 faizə qədərini qadınlar təşkil edir. Onun sözlərinə görə, Azərbaycan jurnalistikasının işlək qüvvəsi əsasən qadınlardır:

“Mətbuat Şuradında cəmi iki qadın baş redaktor təmsil olunur. Təəssüf ki, KİV rəhbərləri arasında qadınlar azdır. Əminəm ki, yaxın vaxtlarda bu gün fəaliyyət göstərən qadın jurnalistlər rəhbər olacaq və söz sahibinə çevriləcəklər”.

P.Sultanova

Paylaş:
1248

Son xəbərlər

Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43
Bütün xəbərlər