Bakıda hündürmərtəbəli binada yanğın olub
Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1news.az
485