Bakıda KFC təamlarını özünüzlə apara və ya Hungry.az çatdırılma xidməti ilə sifariş edə bilərsiniz | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda KFC təamlarını özünüzlə apara və ya Hungry.az çatdırılma xidməti ilə sifariş edə bilərsiniz

12:50 - 25 / 03 / 2020
Bakıda KFC təamlarını özünüzlə apara və ya Hungry.az çatdırılma xidməti ilə sifariş edə bilərsiniz

Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq KFC restoranları hökumətin tövsiyələrini nəzərə alaraq 24 mart tarixindən etibarən Bakıdakı restoranlarının iş rejimini saat 12:00-dan 15:00-dək məhdudlaşdırıb. Bununla belə vətəndaşlar restoranın iş qrafikinə uyğun olaraq KFC təamlarını özləri ilə apara və ya gecə saat 01:00-dək Hungry.az çatdırılma xidməti ilə sifariş edə bilərlər.

Onlayn sifarişlərə artan tələbatla əlaqədar olaraq və çatdırılma tərəfdaşı olan Hungry.az xidmətinin buna hazır olması üçün KFC  mümkün olan hər şeyi edib. Tərəfdaşlar sifarişlərin ən qısa müddətdə -30 dəqiqə ərzində ünvana çatdırılmasını təmin edirlər.

KFC-dən salatlar, milkşeyklər, dondurma və dondurmalı desertlər, həmçinin qablaşdırılmamış içkilər istisna olmaqla, menyunun digər bütün əsas yeməklərini, o cümlədən şüşə qablarda qablaşdırılmış içkiləri sifariş etmək mümkündür. 

Azərbaycanda və dünyada koronovirusla bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq KFC fastfud restoranlar şəbəkəsi Azərbaycandakı restoranlarında qonaq və işçilərin təhlükəsizliyinə yönəlmiş tədbirləri gücləndirib. Belə ki, hər bir restoranda dezinfeksiyaedici vasitələrin ehtiyatı artırılıb,  ehtiyat ən azı bir ay üçün nəzərdə tutulub və ehtiyac yarandıqda vaxtında yenilənir.  KFC əməkdaşları üçün onsuzda sərt olan gigiyena qaydalarını daha da gücləndirib, əllərin yuyulması və antibakterial vasitə ilə təmizlənməsi intervalını azaldıb.

Qeyd:

Yum! Brands, Inc (NYSE: YUM) şirkətinin şöbəsi olan KFC toyuq yeməkləri sahəsində ixtisaslaşmış, nailiyyətlər və yeniliklərlə zəngin çoxillik tarixə malik beynəlxalq restoran brendidir.

Brendin tarixi 75 il əvvəl 11 adda ot və ədviyyatdan istifadə etməklə toyuq hazırlamaq üçün qeyri-adi  resept yaradan polkovnik Harland Sanderslə başlayıb. Həmin resept Harland Sandersin mətbəx qapısının əks tərəfinə yazılıb. Bu gün KFC polkovnik Sandersin yaratdığı uğur formulasına yenə də  sadiqdir. Toyuq əti dünyanın 140 ölkəsində fəaliyyət göstərən 23000-dən artıq restoranda xüsusi təlim keçmiş aşbazlar tərəfindən əl ilə xüsusi qarışığa batırılaraq qızardılır.

Reklam hüququnda

Paylaş:
567

Son xəbərlər

Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamıBu gün, 10:45Qırğızıstan Prezidenti Azərbaycana gəlirBu gün, 10:38Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18
Bütün xəbərlər