Bakıda mövsümi ağacəkmələr aparılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mövsümi ağacəkmələr aparılır - FOTO

13:11 - 23 / 11 / 2020
Bakıda mövsümi ağacəkmələr aparılır - FOTO

Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən 1news.az-a verilən məlumata əsasən, görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən hazırlanmış şəhərin yeni yaşıllıq planı əsasında aparılır.

Bildirilib ki, əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından da istifadə olunur. Gün ərzində Birliyin əməkdaşları tərəfindən müxtəlif tikinti və məişət tullantılarından təmizlənmiş sahələrdə, magistral yol kənarlarında 500 ədəd yeni ağac əkilmiş, ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilmişdir.

Mövsüm ərzində Bakı şəhərində 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub. Təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi planın həyata keçirilməsi Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaqdır.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına imkan verəcəkdir.

Qafar Ağayev

Paylaş:
487

Son xəbərlər

Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57
Bütün xəbərlər