Bakıda “Odun ruhu. Vizual səyahətə dəvət” sərgisi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Odun ruhu. Vizual səyahətə dəvət” sərgisi açılıb - FOTO

10:07 - 11 / 06 / 2019
Bakıda “Odun ruhu. Vizual səyahətə dəvət” sərgisi açılıb - FOTO

İyunun 10-da Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək budəfəki sərgidə tanınmış fotoqrafın Azərbaycanın tarixinin, mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarından istifadə olunduğunu bildirib. O, Heydər Əliyev Fondunun layihələrində yaxından iştirakına görə müəllifə təşəkkürünü ifadə edərək deyib: “Reza Deqati hər zaman dünyanın qaynar nöqtələrində olub. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində, eləcə də Fransada keçirilən sərgilərdə nümayiş edilib. Onun fotoları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişik. Bu fotolar vasitəsilə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Qarabağ həqiqətləri, Xocalı faciəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.

Xoş sözlərə görə təşəkkürünü bildirən fotoqraf hələ 42 il bundan əvvəl Azərbaycanda olduğunu diqqətə çatdırıb. Ötən müddətdə dünyanın müxtəlif ölkələrini gəzdiyini deyən Reza Deqati Azərbaycandakı gördüyü inkişafdan riqqətə gəldiyini söyləyib. "Azərbaycan böyük mədəniyyətə malik ölkədir. Onun ən böyük zənginliyi insanlarıdır. Fondun dəstəyi ilə Azərbaycanı gəzmişəm və bu diyarın gözəlliklərini, zənginliyini, mədəniyyətini fotolarda əks etdirməyə çalışmışam. Bu dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm", - deyə Reza Deqati qeyd edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Məşhur fotojurnalist Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayan və 30 kitabın müəllifi olan R.Deqatinin əsərləri bütün dünyada sərgilənir. “National Geographic” Cəmiyyətinin tədqiqatçısı olan Reza Deqati bir sıra beynəlxalq mükafatlar qazanıb. O, Missuri Universitetinin “Şərəf” medalına və Parisin Amerika Universitetinin fəxri doktoru adına layiq görülüb. Fransa hökuməti onu göstərdiyi xidmətlərə görə Milli Cəngavərlik Ordeni ilə təltif edib.

Reza Deqatinin əsərləri, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə - UNESCO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, eləcə də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə - Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan – alovun zərifliyi” sərgisi keçirilib.

1news.az

Paylaş:
539

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər