Bakıda Ukrayna Ticarət Evi açılıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Ukrayna Ticarət Evi açılıb – FOTO

12:28 - 18 / 12 / 2019
Bakıda Ukrayna Ticarət Evi açılıb – FOTO

Dekabrın 17-də Bakıda Ukrayna Ticarət Evi açılıb.

1news.az-a İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ukraynanın İnfrastruktur naziri Vlasdislav Krikli, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, Ukrayna Ticarət Evi 2018-ci ilin aprelində təsis olunub. Logistik mərkəz və iqtisadi-ticarət məkanı rolunu oynayacaq Ukrayna Ticarət Evinin açılmasında məqsəd ölkələrimiz arasında işgüzar əlaqələrin, ikitərəfli ticarətin genişləndirilməsi, həmçinin, iş adamları arasında yeni əlaqələrin qurulmasına dəstək verilməsi, konsaltinq və digər kommersiya xidmətlərinin göstərilməsidir.

Ümumi sahəsi 1000 kvadrat metr olan ticarət evində mühəndislik, metallurgiya, kimya sənayesi, aqrar-sənaye, habelə yüksək texnologiyalı məhsulların istehsalı sahələri üzrə ixtisaslaşmış 30-dək Ukrayna şirkəti iştirakçı kimi çıxış edir.

Açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, Ukrayna Ticarət Evinin bu sahədə əhəmiyyətli platforma olacağına əminliyini ifadə edib və Ticarət Evinin işinə uğurlar arzulayıb.

Ukraynanın İnfrastruktur naziri Vlasdislav Krikli ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, Ukrayna Ticarət Evinin biznes dairələri arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsinə əlavə imkanlar yaradacağını bildirib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1396

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər