1news.az

Bakının üç rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

14 May saat 16:51 ~ 1 dəqiqəlik oxu 192
Bakının üç rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Mayın 17-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) 1news.az-a bildirilib ki, 286 nömrəli tam orta məktəbdə (Ünvan: Dadaş Bünyadzadə küçəsi 1) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net