“BalBadem” kulinariya ağzının dadını bilən qurmanların məkanı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

“BalBadem” kulinariya ağzının dadını bilən qurmanların məkanı – FOTO – VİDEO

S.Xankişiyeva10:30 - 29 / 11 / 2019
“BalBadem” kulinariya ağzının dadını bilən qurmanların məkanı – FOTO – VİDEO

Noyabrın 27-də “İnşaatçılar” metro stansiyasının yaxınlığında, A.M.Şərifzadə küçəsi 162 ünvanında yerləşən “BalBadem” kulinariyanın təntənəli açılış mərasimi baş tutdu.

“BalBadem” kulinariya birmənalı olaraq Bakıda hər bir evin, eləcə də paytaxtımızın bütün sakinlərinin ən arzulanan və ən dadlı qonağına çevriləcək. Çünki bunun üçün bir çox dadlı səbəblər var ki, bunlar haqda sizlərə daha ətraflı danışacağıq:

Məhz burada Azərbaycan milli mətbəxinin şirniyyatlarını dadacaqsınız. “BalBadem” kulinariyada şəkərbura, paxlava, badambura kimi bir çox milli şirniyyatlarımızın müxtəlif çeşidləri təqdim ediləcək.

Hətta “BalBadem” kulinariya türk şirniyyatlarını xoşlayanları da unutmayıb. Beləki burada hər kəsin gözü önündə türk paxlavasının müxtəlif növləri, dünyaca məşhur künəfə, zərif sütlac, eləcə də digər türk desert və şirniyyatları hazırlanacaq. Xüsusi olaraq qeyd edək ki, türk şirniyyatları qardaş Türkiyədən məxsusi olaraq “BalBadem”də çalışmaq üçün dəvət olunan peşəkar qənnadçılar tərəfindən hazırlanacaq.

Yox əgər Avropa şirniyyatı və desertlərini sevisinizsə, o zaman “BalBadem”də hər bir kəsin damaq dadına uyğun və geniş çeşiddə Avropa şirniyyatları təqdim olunub. Belə ki, Fransada aşpazlıq təhsili alan peşəkar şirniyyatçılar gündəlik olaraq sizləri müxtəlif dadlı yeniliklərlə heyrətləndirəcək.

“BalBadem”də tortların növlərinin müxtəlifliyi gözünüzü oxşamaqla yanaşı, dadı hər zaman damağınızda qalacaq. Bir sözlə, “BalBadem”in bütün məhsullarının dadını elə ilk andan sevəcəksiniz.

“BalBadem Fırın” bölməsini qeyd edək ki, burada isti sobadan çıxan müxtəlif növ çörəklər, poğaça, simit və bulkaların ətrindən və dadından doymayacaqsınız.

Həmçinin “BalBadem”də yerləşən müasir “Təndir”də qədim ənənələr əsasında hazırlanan yeməklər hər birinizin masasının dadlı bəzəyi olacaq. Ümumiyyətlə “BalBadem”də aşpaz və şirniyyatçıların Azərbaycan və Avropa mətbəxinin böyük məhəbbətlə hazırladıqları təamlarlarını daddıqdan sonra sözün əsl mənasında “barmaqlarınızı yalayacaqsınız”.

“BalBadem”də peşəkar aşpazların müxtəlif salatlardan tutmuş masalarımızın şahı olan plova qədər hazırladıqları yeməklərin rəngarəngliyi hər kəsi heyrətləndirəcək.

Yuxarıda sadalananlardan başqa, “BalBadem” komandası şad günlərinizi unudulmaz edəcək – xınayaxtı və nişan mərasimlərində təkrar olunmaz xonçaların hazırlanmasında da sizlərə yardımçı olacaq.

Xüsusi olaraq vurğulayaq ki, “BalBadem” məhsulları yüksək keyfiyyət və unudulmaz dadı ilə fərqlənərək birmənalı olaraq hər bir evin sevimlisinə çevriləcək.

“BalBadem” kulinariya haqqında daha ətraflı məlumatı Instagram @balbadembaku sosial şəbəkəsindən, eləcə də (+99451) 225-45-50 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

“BalBadem” kulinariya “İnşaatçılar” metro stansiyasının yaxınlığında, A.M.Şərifzadə küçəsi 162 ünvanında yerləşir.

Reklam hüququnda

Paylaş:
5384

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər