Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını təbrik etməyi unutmayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını təbrik etməyi unutmayıb – FOTO

11:05 - 01 / 06 / 2020
Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını təbrik etməyi unutmayıb – FOTO

2016-cı ilin Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi.

Dövlət tərəfindən Aprel şəhidlərinin ailələrinə göstərilən xüsusi dəstək və eləcə də qayğı ilə görülən xeyirxah işlərə ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika da, öz töhfəsini verib.

Belə ki, Bank, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə “Sabah” FK və AFFA-nın dəstəyi ilə Aprel şəhidlərinin övladları üçün “1 iyun – Uşaqların Müdafiəsi Günü”nə həsr olunmuş təqdirəlayiq aksiya həyata keçirib. Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən aksiya çərçivəsində  “Bank Respublika”nın nümayəndələri və “Sabah” FK-nın tərkibində oynayan milli komandanın üzvləri, Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladlarını ziyarət edib, onlara müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıblar.

Keçirilən görüşlərdə Bankın nümayəndələri Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq bildiriblər ki, bütün şəhid övladları atalarının igidliklərinə görə qürur duymalıdırlar və Azərbaycan xalqı hər zaman onların qəhrəmanlıqlarını xatırlayacaq.

Aksiyanı həyata keçirməkdə məqsəd, Vətən uğrunda canından keçmiş Aprel şəhidlərinin ailələrinə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirmək olub.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
502

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər