“Barselona” və Neymar bir-birilərini məhkəməyə verdilər | 1news.az | Xəbərlər
Futbol

“Barselona” və Neymar bir-birilərini məhkəməyə verdilər

12:14 - 04 / 09 / 2019
“Barselona” və Neymar bir-birilərini məhkəməyə verdilər

PSJ-nin utbolçusu Neymar və "Barselona" bir-birilərini məhkəməyə veriblər.

1news.az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Paris təmsilçisinə keçməzdən öncə ispanlardan 40 milyon avro bonus almalı idi, ancaq bu məbləğin yalnız 14 milyonunu ala bilib. Braziliyalı oyunçu qalan pulu və 10 faiz təzminatı tələb edir. Kataloniya klubu isə sabiq futbolçusu Neymarın mövqavilə şərtlərini pozduğu üçün ondan 75 milyon avro istəyir.

Artıq bu məsələ ilə bağlı iş iki dəfə təxirə salınıb. Məhkəmə iclası əvvəlcə bu il yanvarın 31-nə təyin edilsə də, son anda təxirə salınıb. Növbəti proses isə martın 31-nə salınıb, lakin Neymarın vəkilləri onun PSJ ilə müqaviləsini üzə çıxartmaqdan imtina ediblər. Hakim məhkəməni sentyabrın 27-nə təyin edib.

Bildirilir ki, şahidlər arasında Fransa klubunun prezidenti Nasser Əl-Xəlafi də olmalıdır, baxmayaraq ki, o, əvvəl ifadə verməkdən imtina edib.

Qeyd edək ki, Neymar 2 il əvvəl "Barselona"dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var. Futbolçunun yay transfer pəncərəsində keçmiş klubuna keçidi gündəmdə olsa da, son anda PSJ tərəfinin irəli sürdüyü şərt transferin reallaşmasına problem yaradıb.

PSJ Neymar üçün 150 milyon avro, həmçinin 3 futbolçu - Jan-Klera Todibo, İvan Rakitiç və Usman Dembelenin icarə verilməsini istəyib. Son anda isə transfer məbləğini futbolçu dəyişikliyi olmadan 300 milyon avroya qaldırıb. 

1news.az 

Paylaş:
445

Son xəbərlər

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54
Bütün xəbərlər