Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib | 1news.az | Xəbərlər
Siyasət

Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib

11:50 - 20 / 01 / 2021
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Qara Yanvar faciəsi haqda yazdığı məqalə 19 yanvar 2021-ci il tarixində ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib.

Məqalədə baş konsul 31 il əvvəl 20 yanvar 1990-cı ildə 26 minlik Sovet ordusunun Bakı şəhərinə hücum etdiyini və qadın, uşaq və qocalar da daxil olmaqla, dinc əhaliyə qarşı qırğınlar törətdiyini bildirir. O, Qanlı Yanvar faciəsindən öncə regionda baş verən proseslərə işıq salır.

N.Ağayev 1987-ci ildə Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığını, Yerevan rəsmi dairələrinin dəstəyilə erməni quldurlarının azərbaycanlılar məskunlaşan kəndlərə hücum edərək yüzlərlə azərbaycanlını qətlə yetirdiyini diqqətə çatdırır. O, bunun ardınca azərbaycanlıların kütləvi şəkildə Ermənistandan köüçürülməsi prosesinin başlandığını və nəticədə 250 mindən çox azərbaycanlının Ermənistandakı öz doğma yurdlarından qovulduğunu yazır. Həmçinin, eyni vaxtda Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları qaldırdığını bildirir.

Baş konsul bütün bu ədalətsizliklərin və SSRİ rəhbərliyinin ermənipərəstliyinin Azərbaycanda ciddi ümumxalq etirazlarına səbəb olduğunu və kütləvi nümayişlərə gətirib çıxardığını, bu nümayişlərin də tezliklə milli azadlıq hərəkatına çevrildiyini vurğulayır.

Müəllif bu hərəkatdan ciddi narahatlıq keçirən SSRİ rəhbəri Qorbaçovun Bakıya qoşun yeridərək mülki insanları öldürməklə Azərbaycan xalqını qorxutmaq məqsədi güddüyünü, ancaq bu məqsədinə nail ola bilmədiyini yazır. Faciədən dərhal sonra, komendant saatı tətbiq olunmasına baxmayaraq, milyondan artıq azərbycanlının Bakı küçələrinə axışaraq, faciə qurbanlarını yad etdiklərini və bu vəhşi cinayəti qətiyyətlə pislədiklərini bildirir.

Baş konsul Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin faciədən sonra Azərbaycan SSR-in Mokvadakı daimi dümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə qınadığını və Heydər Əliyevin nümayiş etdirdiyi bu qətiyyətli mövqeyin Azərbaycan xalqını daha da ruhlandırdığını və faciədən qısa müddət sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğunu bildirir.

N.Ağayev məqalədə həmçinin Azərbaycanın müstəqillik tarixi, ölkəmizdə mövcud olan dinlərarası harmoniya və multikulturalizm ənənələri haqda yazır.

Baş konsul bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi dinamiklik və siyasi sabitliyin hökm sürdüyü önəmli geosiyasi gücə çevrildiyini bildirir. O, iqtisadi gücünə görə Azərbaycanın Cənubi Qafqazda ən güclü dövlət, keçmiş Sovet İttifaqı ölkələri içərisində ən güclü dövlətlərdən biri olduğunu, yüksək strateji önəm daşıyan qitələrarası enerji və nəqliyyat layihələri həyata keçirdiyini vurğulayır.

N.Ağayev həmçinin ötən il Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini qeyd edərək, gündən-günə qüdrətlənən Azərbaycanın gələcəyə böyük əminliklə baxdığını bildirir.

Məqalə ilə bu linkdə tanış olmaq olar: https://medium.com/@nasimiaghayev/remembering-black-january-finding-hope-in-the-wake-of-unspeakable-tragedy-acdd5d003ef0

S.Xankişiyeva

 

 

Paylaş:
439

Son xəbərlər

Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35
Bütün xəbərlər