Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin statistikasını açıqladı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin statistikasını açıqladı – FOTO

18:20 - 23 / 10 / 2020
Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin statistikasını açıqladı – FOTO

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olmuş, 139 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, erməni təxribatları nəticəsində Goranboy üzrə 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub. Tərtər üzrə 16 nəfər həlak olub, 50 nəfər yaralanıb. Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.

Bundan başqa, Bərdə üzrə 2 nəfər həlak olub, 12 nəfər yaralanıb, Beyləqan üzrə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanıb, Ağcabədi üzrə 1 nəfər həlak olub, 19 nəfər yaralanıb, Füzuli üzrə 3 nəfər həlak olmuş, 17 nəfər yaralanmış, Ağdam üzrə 7 nəfər həlak olmuş, 40 nəfər yaralanıb ki, yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.

Həmçinin ermənilərin təxribatları zamanı Mingəçevir üzrə 5 nəfər, Daşkəsən üzrə 1 nəfər, Cəbrayıl üzrə 1 nəfər, Xocalı üzrə 1 nəfər, Qəbələ üzrə 1 nəfər yaralanıb.

Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olub, 298 nəfər yaralanıb.

S.Xankişiyeva

 

Paylaş:
463

Son xəbərlər

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50
Bütün xəbərlər