Başqasının cinayətinə görə 30 il həbsdə yatdı | 1news.az | Xəbərlər
Dünya

Başqasının cinayətinə görə 30 il həbsdə yatdı

16:58 - 15 / 01 / 2020
Başqasının cinayətinə görə 30 il həbsdə yatdı

ABŞ-da başqasının cinayətinə görə 30 il həbsxanada yatmış təqsirsiz şəxsə bəraət verilib.

1news.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, yanvarın 13-də məhkəmə 1991-ci ildə verilən hökmü ləğv edib və 62 yaşlı məhkum Serri Toması azadlığa buraxıb.

1987-ci ildə Miçiqan ştatının Detroit şəhər sakini ərzaq dükanı yaxınlığında öz maşınında hücuma məruz qaldığı barədə polisə şikayət edib. İki il sonra zərərçəkən şəxs Toması görüb və hüquq-mühafizəçilərə həmin hücumçunun o olduğunu bildirib.

Polisin kifayət qədər maddi sübutları və şahid ifadələri olmasa da, hücum və qətl cəhdinə görə Tomas 50 il həbs cəzasına məhkum edilib.

Qeyri-qanuni məhkum edilmiş şəxslərin hüququnun müdafiəsi ilə məşğul olan "The Innocence Project" qeyri-kommersiya təşkilatının nümayəndələri 2010-cu ildə bu işi araşdırmağa başlayıblar.

Hüquq müdafiəçiləri digər sübutlarla yanaşı, müəyyən ediblər ki, zərərçəkən yığcam "Ford Escort" markalı avtomobili idarə edib. 1987-ci ildə cinayət törədildiyi zaman Tomas 190 santimetr boyunda, 115 kiloqram çəkidə olub. Nəticə etibarilə, o, maşına asanlıqla girib cinayət törədə bilməzdi.

Zərərçəkən artıq vəfat etdiyindən işə yenidən baxmaq və əsl cinayətkarı tapmaq mümkün deyil.

Tomas evinə, ailəsinə qayıda biləcəyi üçün çox sevinib və hüquq müdafiəçilərinə minnətdarlığını bildirib.

Hüquq müdafiəçilərin sözlərinə görə, polis hərtərəfli araşdırma aparsaydı, Tomas heç vaxt həbs olunmazdı.

1news.az

Paylaş:
677

Son xəbərlər

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06
Bütün xəbərlər