Bədəndə suyun çatışmadığını göstərən əsas əlamətlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bədəndə suyun çatışmadığını göstərən əsas əlamətlər

17:24 - 11 / 06 / 2019
Bədəndə suyun çatışmadığını göstərən əsas əlamətlər

Yaz ailə piknikləri, çimərlik, yürüş və açıq idman üçün əla fürsətdir. Təəssüf ki, uzun müddət günəşdə qalmaq zərərlidir.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, ehtiyatsızlıq günəş yanıqları, qıcolma, tutma, hətta günvurmasına səbəb ola bilər.

Amma ən geniş problem susuzluqdur, tərləmə yolu ilə orqanizm mikroelementlər və elektrolitlərlə birlikdə həddən artıq çox maye itirir. İntensiv məşqlər və istənilən naxoşluq bu problemi daha da ağırlaşdırır. Susuzluq istənilən yaş insanları hədələyir, amma ən çox balaca uşaqları, körpələri və yaşlıları.

Susuzluğun əsas əlamətləri:

Güclü yanğı;

Ağız quruluğu

Zəiflik;

Baş ağrısı;

Başgicəllənmə;

Əzələ spazmları;

Qurumuş dodaqlar;

Əsəbilik;

Sidiyin miqdarının azalması və rənginin tündləşməsi;

Huşunu itirmək;

Simptomları vaxtında sezmək və müdaxilə ilə bütün bunların qarşısını almaq asandır.

1. Su çox için

Əlbəttə ki, susuzluğa yol verməmək ən yaxşı üsuldur. Gün ərzində 2 litrə yaxın su için. Elektrolitlərin səviyyəsini dəstəkləmək üçün suya limon sıxmaq və ya meyvə suları (şəkərsiz) əlavə etmək olar.

2. Yüngül geyinin

İsti aylarda yüngül və açıq rəngli paltarlar geyinmək lazımdır. Tünd rənglər istini özünə çəkərək temperaturu artırır, dar geyimlər isə tərin dəridən buxarlanmasına imkan vermir və canına çəkir.

Tərləmək orqanizmin sərinləməsinin təbii sistemidir, odur ki, yüngül paltar geyinin ki, bədən çox qızmasın.

3. Ultrabənövşəyi şüalardan özünüzü qoruyun

Günəşin altında çox gəzməyin, əgər bu, qaçılmazdırsa, o zaman kölgə ilə getməyə çalışın. Geniş şlyapa və gün eynəyi taxın. Yanıqlardan qorunmaq üçün günəşqoruyucu SPF tərkibli kremlər çəkin. Əgər çimərliyə gedirsinizsə, krem suya davamlı olmalıdır. Həmçinin dodaqlara da SPF balzam sürtmək mütləqdir.

4. Diuretiklərdən çəkinin.

Diuretik - maye itkisi yaradan sidikqovucu preparatlar və ya məhsullardır. Qəhvə və kola kimi içkilər sidikqovucu xüsusiyyətə malikdir, odur ki, onlardan imtina etmək daha yaxşıdır. Həmçinin siqaret çəkmək tövsiyə edilmir.

5. Meyvə və tərəvəzlər yeyin

Qarpız, xiyar, pomidor, üzüm, alça və qovun kimi meyvə və tərəvəzlərin tərkibinin böyük hissəsini su, əvəzolunmaz mikroelement və elektrolit təşkil edir. Orqanizmi təbii suyla doydurmaq üçün mümkün qədər çox meyvə-tərəvəz yeyin. Amma yağlı və ədviyyəli yeməklərdən imtina etmək daha yaxşıdır, çünki onlar turşuluq dərəcəsini yüksəldir.

6. İntensiv məşqlərdən imtina edin

İntensiv məşqlər güclü tərləməyə səbəb olur, susuzluq yaradır. Qapalı yerlərdə məşq edin və idmandan əvvəl su için. Özünüzlə su butulkası daşıyın.

1news.az

Paylaş:
2471

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər