1news.az

Bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq

25 İyul saat 10:48 bir dəqiqəlik oxu 75
Bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün saat 09:00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən 1news.az-a bildiriblər ki, bundan başqa, daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır.

Beləliklə, Bərdə rayonunda saat 14:00-dan işlər tamamlananadək 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13:30-dan 15:30-dək 5 kənddə təbii qaz təchizatı dayandırılacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Neft və qaz BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net