Bu gün Beynəlxalq Biomüxtəliflik Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Beynəlxalq Biomüxtəliflik Günüdür

14:31 - 22 / 05 / 2019
Bu gün Beynəlxalq Biomüxtəliflik Günüdür

Bu gün – 22 may tarixi bütün dünyada Beynəlxalq Biomüxtəliflik Günü kimi qeyd edilir.

1news.az-ın məlumatına görə, 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq bioloji müxtəliflik günü” elan edib.

Əvvəllər 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunurdu. Sonradan isə həmin günün tarixi dəyişdirildi.

Qeyd edək ki,  bioloji müxtəliflik dedikdə insanlar da daxil olmaqla planetimizdə mövcud olan bütün canlı növlər nəzərdə tutulur və bu bizim həyatımızın, sağlamlığımızın və rifahımızın əsasını təşkil edir.

Planetin canlı növləri, yaşayış mühitləri və onların təmin etdikləri məhsul və xidmətlər bizim zənginliyimizin, sağlamlığımızın və rifahımızın əsasını formalaşdırır. Bu irsi qorumaq üçün götürülmüş qlobal öhdəliklərə baxmayaraq, hələ də Yer kürəsindəki canlı növlərinin müxtəlifliyi görülməmiş dərəcədə azalmaqda davam edir. Bioloji müxtəliflik itkisi, ekoloji sistemləri həyati əhəmiyyət kəsb edən funksiyalarını yerinə yetirə bilməyəcəkləri son nöqtəyə yaxınlaşdırmaqdadır.

Qeyd edək ki, bioloji müxtəlifliyin qorunması ölkəmizdə də prioritet məsələlərdən sayılır. Bu səbəbdəndir ki, Azərbaycan 2000-ci ildə biomüxtəliflik üzrə Konvensiyaya qoşulub.

Son vaxtlar dövlət tərəfindən biomüxtəlifliyin qorunması istiqamətində ciddi işlər görülüb. Bu baxımdan xüsusi mühafizə olunan təbiət əraziləri mühüm əhəmiyyət kəsb edir. Hökumət tərəfindən bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həllinə də böyük diqqət göstərilir.

2001-ci il mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından sonra ətraf mühitin və bioloji müxtəlifliyin qorunmasına diqqət daha da artırılıb.

Prezident tərəfindən 2006-cı il martın 24-də təsdiqlənmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunub saxlanması üçün milli strategiya və fəaliyyət planı” respublika ərazisində bioloji müxtəlifliyin qorunması baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir.

Bioloji müxtəlifliyin qorunması sahəsində əsas istiqamətlərdən biri də xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsidir.

Babək Cahandarov

Paylaş:
2740

Son xəbərlər

Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47
Bütün xəbərlər