Carlsberg Summer Cup futbol turnirinin finalı 14 iyulda baş tutacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Carlsberg Summer Cup futbol turnirinin finalı 14 iyulda baş tutacaq – FOTO

17:00 - 12 / 07 / 2019
Carlsberg Summer Cup futbol turnirinin finalı 14 iyulda baş tutacaq – FOTO

Bakıda ilk dəfə olaraq Carlsberg Summer Cup 2019 futbol turniri baş tutur. Turnirdə şirkətlər təmsil olunur.

İyul ayının 11-də Pullman Baku otelində turnirə həsr olunmuş tədbir keçirildi. Tədbir Carlsberg Azerbaijan rəhbərliyini və iştirakçı komandaları bir araya gətirdi.

Carlsberg Azerbaijan-ın baş direktoru Vyaçeslav Maltsev qonaqları salamlayaraq, turnir iştirakçılarının yüksək korporativ mədəniyyətini vurğuladı:

“Bizim tərəfimizdən təşkil olunmuş turnirə şirkətlərin göstərdikləri maraq və diqqət bizi çox sevindirir. Belə ki, bu turnir komanda bacarıqlarının inkişaf etdirilməsi baxımından bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, turnir Carlsberg Azerbaijan-da prioritet sahələr hesab olunan  idman və sağlam həyat tərzinin vacibliyini vurğulamaq üçün gözəl imkandır.”

Baş direktor turnirin yarımfinal və final mərhələsinin iştirakçılarına uğurlar arzu etdi.

Carlsberg Summer Cup 2019 turnirinin yarımfinal mərhələsinə Access Bank, Caspian Engineering Solutions (CES), Medical Plaza və British American Tobacco (BAT) şirkətlərinin komandaları çıxıb.

Access Bank nümayəndəsi Elşən Pirmalıyev çıxışında təşkilatçılara öz minnətdarlığı bildirərək, bütün iştirakçılara uğurlar dilədi. Həmçinin, qeyd etdi ki, təmsil etdiyi komanda çempion adını qazanmağa layiqdir, lakin “Qoy Ən Güclü Qalib gəlsin” lozunqu bu turnir üçün də keçərlidir.

Caspian Engineering Solutions təmsilçisi Elnur Şixəliyev də təşkilatçılara idmana, xüsusilə də futbola göstərdikləri maraq və diqqətə görə təşəkkür etdi.

Tədbirdə çıxış edən British American Tobacco təmsilçisi Sergey Krasovskiy sağlam həyat tərzinin təbliğinin vacibliyini vurğuladı.

Korporativ komandalar arasında keçirilən futbol turnirindən yüksək təşkilatçılıq gözləmədiyini bildirən Medical Plaza nümayəndəsi Səid Fərzullayev görülmüş təşkilati işlərdən razı qaldığını, hətta gözləntilərini keçdiyini vurğuladı: ”Biz komandamızın nəticələri ilə fəxr etməklə yanaşı, həm də turnirin təşkil olunma səviyyəsindən çox razıyıq. Güclü olan qazansın!”. 

Xatırladaq ki, Carlsberg Summer Cup 2019turnirində PASHA Life, Japan Tobacco International (JTI), Soliton, British American Tabacco (BAT), Bakcell, Access Bank, Caspian Engineering Solutions (CES), Holcim, Caspian Tech, Antaris, Medical Plaza komandaları çıxış edir. Şirkətlərin komandaları futbola biganə qalmayan əməkdaşlardan təşkil olunub. Turnir Bakı Tennis Akademiyasının meydançasında təşkil olunur.

Turnirin qrup mərhələsi 29-30 iyun, dörddəbir oyunları isə 6-7 iyul tarixlərində baş tutub. Yarımfinala çıxmaq uğrunda JTI – BAT, Access Bank – Soliton, CES – Antaris, Medical Plaza – Holcim komandaları mübarizə aparıblar. Nəticədə BAT, Access Bank, CES və Medical Plaza komandaları yarımfinala çıxa bilib. Turnirin yarımfinal oyunları 13 iyul, finalı isə 14 iyul tarixində keçiriləcək.  

“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücü  ildə - 8 mln. dekalitrdir, şirkətdə təxminən 250 nəfər əməkdaş və 400-ə yaxın vasitəçi işləyir (distribütorlar, agentliklər, podratçılar). Şirkətin  zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon AZN təşkil edir. Şirkət portfelinə Xırdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Carlsberg, Kronenbourg Blanc, Seth and Riley's Garage kimi məşhur brendlər daxildir.

“Carlsberg Group” 1847-ci ildə yaradılıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin  baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində “Carlsberg Group”un zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə markası daxildir. “Carlsberg Group” əməkdaşlarının ümumi sayı 42 000-dən çoxdur.

Reklam hüququnda

Paylaş:
651

Son xəbərlər

"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22
Bütün xəbərlər