Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib

15:22 - 03 / 12 / 2020
Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti səlahiyyətlərini icra edən Yusif Abdullayev Caspian Energy Club-un təşkil etdiyi ənənəvi Online B2G Forumunda iştirak edib. Forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.

Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Tədbir Qzərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinin bir dədiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  prezidenti vəzifələrini icra edən Yusif Abdullayevə çıxış edərək ilk öncə  tədbir iştirakçılarını Ali Baş Komandanın başçılığı ilə Şanlı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə təbrik edib.

Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqaməti barədə danışıb, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində AZPROMO tərəfindən görülən işləri, ölkəmizdə pandemiyanın sahibkarlığa mənfi təsirlərinin minimuma endirilməsi üçün həyat keçirilən sistemli tədbirləri diqqətə çatdırıb. Həmçinin Milli İxrac Strategiyası (MİS) haqqında məlumat verib,sənəd layihəsi ilə bağlı sualları cavablandırıb.

Daha sonra Yusif Abdullayev Online B2G Forum iştirakçılarının təkliflərini dinləyib.

AZPROMO ilə sıx əməkdaşlıqdan danışan  Telman Əliyev qeyd edib ki, Caspian Energy Club-un üzvü olan əksər şirkətlər ixrac yönümlüdürlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında Azərbaycan şirkətlərinin məhsul və xidmətlərinin beynəlxalq bazara çıxarılmasının vacibliyini dəfələrlə vurğulayıb.  Bunun üçün Azərbaycan məhsul və xidmətlərinin beynəlxalq bazarlarda irəliləyişinin PR üçün əlavə imkanlar yaradacaq bir sıra dövlət proqramlarının həyata keçirilməsi zəruridir. Sözügedən prosesin aktuallığı işğaldan azad olunmuş ərazilərdə Şuşa, Ağdam, Cəbrayıl və s. brendləri ilə məhsulların istehsalı başlandıqdan sonra daha da artacaq. Məhz buna görə AZPROMO ilə fəal əməkdaşlığı vacib hesab edirik.
Sıralarında dünyanın 50 ölkəsindən 5 000  artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

1news.az

Paylaş:
430

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər