1news.az

Cəlilabadda koronavirusa yoluxmuş 3 nəfər yaşayış yerini tərk edib

24 Noyabr saat 17:17 ~ 1 dəqiqəlik oxu 2180
Cəlilabadda koronavirusa yoluxmuş 3 nəfər yaşayış yerini tərk edib

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Sərhədabad kənd sakini E.Qədirov, Zopun kənd sakini N.Nəsirov və Privolnoye kənd sakini A.Nuriyevə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb

Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar aşkar edilərək yaşadıqları ünvanlara qaytarılıblar.

COVİD-19 infeksiyasının daşıyıcısı olan hər üç şəxslə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Cəlilabad RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net