Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb

16:18 - 04 / 12 / 2020
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb

Cari ilin 4 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etdi.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzu etdi. İki ölkə xalqlarını bağlayan tarixi və dostluq əlaqələrinə toxunan nazir, Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə etdi.

Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı davam etmiş 44 günlük Vətən Müharibəsi haqqında qarşı tərəfə ətraflı məlumat verdi.

Səfir Gennadi Axramoviç iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişafından məmnunluq bildirərək, hətta COVİD-19 pandemiyası dövründə belə iqtisadi əlaqələrdə artımın müşahidə edildiyini vurğuladı. Səfir Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində olacağını qeyd etdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Qafar Ağayev

Paylaş:
632

Son xəbərlər

Məktəblərdə tətildən sonrakı ilk iş günü açıqlandıBu gün, 15:33Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir - FOTOBu gün, 15:10Azərbaycanda yeni idman kanalına lisenziya verilibBu gün, 15:05Sumqayıtda 7 yaşlı uşağın ölümə səbəb olmaqda ittiham olunan məşqçiyə hökm oxunduBu gün, 14:51“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO - VİDEOBu gün, 14:45“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilibBu gün, 14:39Milli Məclisin 29 martda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHIBu gün, 14:36“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılırBu gün, 14:25AYNA xəbərdarlıq edir: Taksi sürücülərinin təlimlərdə əyani iştirakı mütləqdir!Bu gün, 14:15Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək”Bu gün, 14:10Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilirBu gün, 13:56Bakıda bankdan oğurluq edilməsinin qarşısı alınıb - VİDEOBu gün, 13:48Xəzər dənizi vasitəsilə 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıbBu gün, 13:35FHN Bakının mərkəzində məşhur kafenin fəaliyyətini dayandırıb - FOTO - VİDEOBu gün, 13:01Sabah leysan olacaq - Bayram gününün havası açıqlandıBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19
Bütün xəbərlər