Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb

12:50 - 15 / 01 / 2021
Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Baş direktoru səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanla ISESCO arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayıb. Azərbaycanın öz ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini bildirən nazir, hökumət tərəfindən bu sahədə görülən işləri xüsusilə vurğulayıb.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ISESCO tərəfindən dəstəkləndiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı ISESCO tərəfindən verilmiş bəyanatın yüksək qiymətləndirildiyi Baş direktorun diqqətinə çatdırılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-mədəni irsin dağıdılması və məhv edilməsinə diqqəti yönəldən nazir, son onilliklər ərzində Azərbaycanın bu məsələ ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etdiyini qeyd edib. ISESCO Baş direktorunun hazırkı səfəri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə baş çəkməsinin onun bu ərazilərdəki vəziyyətlə əyani şəkildə tanış olması üçün əlverişli imkan yaratdığı bildirilib.

Baş direktor Salim bin Məhəmməd əl-Malik həyata keçirdiyi bu səfəri olduqca uğurlu qiymətləndirib. O, səfərin yalnız yüksək səviyyəli rəsmilərlə görüş baxımında deyil, habelə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətlə tanış olmaq baxımından səmərəli olduğunu vurğulayıb.

Ərazilərlə tanışlıq zamanı buradakı dağıntıların miqyasının, o cümlədən dini abidələr, məzarlıqlar, muzeylər, yaşayış evləri və digər tikililərin məhv edilməsinin bu dağıdıcı siyasətin onilliklər ərzində məqsədyönlü şəkildə aparılmasının bariz nümayişi olduğu qeyd olunub.

Görüşdə tərəflər, həmçinin Azərbaycan-ISESCO əməkdaşlığının gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

S.Xankişiyeva

 

Paylaş:
335

Son xəbərlər

İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər