Ceyhun Bayramovdan tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramovdan tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı AÇIQLAMA

13:46 - 23 / 05 / 2020
Ceyhun Bayramovdan tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı AÇIQLAMA

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı heç bir narahatlığa səbəb yoxdur. Təqaüd verilən bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti öz öhdəliyini yerinə yetirərək təhsil sahəsində çalışanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin vaxtında ödənilməsini özü üçün bir nömrəli prioritet sayır:

"Bu, əvvəlki aylarda 100 faiz təmin edilib. Növbəti aylar ərzində də tələbələrə təqaüdlərin ödənilməsi dövlət tərəfindən 100 faiz təmin ediləcək".

C.Bayramov əlavə edib ki, növbəti, yəni 2020-2021-ci tədris ilinin payız semestri üzrə tələbələrin təqaüdlərinin alınması artıq yay imtahan sessiyasının nəticələri əsasında həyata keçiriləcək. Həmin müddətdə də bu hüququ əldə edən tələbələrin hamısının təqaüdü 100 faiz ödəniləcək:

"Sadəcə olaraq, hazırkı xüsusi vəziyyət nəzərə alınaraq, təqaüd almaq imkanı yalnız iyun-iyul ayları ərzində keçiriləcək imtahanda iştirak edən tələbələrə şamil olunmayacaq. Əgər kimsə bu aylarda keçirilən imtahanlarda iştirak etməyib, amma tədris ilinin əvvəlində keçirilən imtahanlarda iştirak edəcəksə, həmin tələbələr də imtahanları vermək şərtilə təqaüd almaq imkanı əldə edəcəklər. İyun-aylarında imtahanlarda iştirak etməmək tələbələri birmənalı şəkildə təqaüd almaq hüququnundan məhrum etmir".

Təhsil Nazirliyinin elektron sistemindəki tələbələrin təqribən 50 faizinin təqaüd aldığını nəzərə çatdıran C.Bayramov əlavə edib ki, bu gün təqaüd almaq hər bir ali təhsil müəssisəsində ixtisasa uyğun olaraq, rəqabətli şəraitdə həyata keçirilir.

1news.az

Paylaş:
762

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər